Atlantik okeanında nüvə tullantılarının olduğu 1000-dən çox çəllək aşkarlanıb
28.06.2025 [12:31]
Beynəlxalq tədqiqat qrupu Atlantik okeanının şimal-şərqində içərisində nüvə tullantıları olan 1000-dən çox çəllək aşkarlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bild” qəzetində dərc olunan məqalədə qeyd edilib.
Qəzetin Fransanın CNRS elmi-tədqiqat təşkilatına istinadla yaydığı xəbərdə bildirilib ki, qrup iyunun ortalarında Brest şəhərindən “L’Atalante” gəmisi ilə yola düşərək Qərbi Avropa hövzəsinə çatıb. Ekspedisiya burada dörd həftə ərzində içərisində atom silahının tullantıları olan çəlləklərin ekosistemə təsirini araşdıracaq. Qrupun tərkibində Almaniyanın Thünen Balıqçılıq Ekologiyası İnstitutunun bir tədqiqatçısı da yer alıb.
1950-1980-ci illərdə bir sıra dövlətlər nüvə tullantılarını okeana atıb. Proses 1993-cü ildə qadağan edilsə də, bu radioaktiv tullantılarla uzun müddət heç kim maraqlanmayıb. İndiyədək təkcə Atlantik okeanının şimal hissəsində 200 mindən artıq çəlləyin yerləşdirildiyi güman olunur. Nüvə tullantılarının dəqiq harada olduğu isə bu gün də məlum deyil.
Bu məsələ ilə məşğul olmağa başlayan ekspedisiyanın tərkibində 21 tədqiqatçı yer alıb. İyulun 11-dək fəaliyyət göstərəcək beynəlxalq tədqiqat qrupu tullantıların atıldığı hesab olunan ərazilərdə araşdırmalar aparacaq. Tədqiqat zamanı çəlləklərin yerini əks etdirən xəritənin hazırlanması, su, torpaq və canlılardan müxtəlif nümunələrin götürülməsi planlaşdırılır. Obyektlərin yerini müəyyənləşdirmək üçün 3D kamera və səs dalğaları sisteminə malik “Ulyx” adlı sualtı robotdan istifadə edilir. Artıq Atlantik okeanının şimal-şərqində 1000-dən çox çəllək aşkarlanaraq qeydiyyata alınıb.
Alimlər tullantıların uzun müddət əvvəl atılması və onların xarakteri ilə əlaqədar çox aşağı radiasiya göstəricilərinin olacağını ehtimal edirlər. Ehtimallara görə, ümumi radioaktivlik miqdarı təxminən 36 petabekerel təşkil edir ki, bu da Çernobıl qəzası nəticəsində yayılan miqdardan 300 dəfə azdır.
Xəbər lenti
Hamısına baxDünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43

