Kosmosda iki qara dəliyin nəhəng birləşməsi qeydə alınıb
14.07.2025 [15:40]
Lazer İnterferometr Qravitasiya-Dalğa Rəsədxanası (LIGO) layihəsində iştirak edən beynəlxalq alimlər qrupu Yerdən 10 milyard işıq ili uzaqlıqda, kosmosda iki qara dəliyin indiyə qədər ən böyük birləşməsini qeydə alıb. AZƏRTAC xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti alimlərə istinadla məlumat yayıb.
Kardiff Universitetinin Qravitasiya Tədqiqatları İnstitutunun rəhbəri və layihənin iştirakçısı Mark Hannam qəzetə müsahibəsində bildirib: “Bunlar Kainatda müşahidə edə biləcəyimiz ən güclü, lakin siqnallar Yerə çatdıqda, alimlərin ölçə biləcəyi ən zəif hadisələrdir”.
Birləşmə prosesi ultra həssas qravitasiya dalğası detektorları sayəsində aşkar edilib. Hannamın fikrincə, hər iki qara dəliyin kütlələri etibarlı şəkildə qeydə alına bilənlər arasında ən ağırı idi: onlardan birincisi Günəşdən 103 dəfə, ikincisi isə 137 dəfə ağırdır. Eyni zamanda, hər iki dəlik bir-birinin ətrafında uzun müddət Yerin Günəş ətrafında fırlanmasından 400 min dəfə daha sürətlə hərəkət edib. Bu, nəzəri olaraq, belə kosmik obyektlər üçün maksimum sürət həddidir.
Alimlər belə böyük kütləni və digər anomal parametrləri onunla izah edirlər ki, bu kosmik cisimlər həm də daha kiçik qara dəliklərin birləşməsinin nəticəsidir.
Mark Hannam bildirib ki, alimlər gələcəkdə onların aşkarlanması üçün elmi-texniki bazanın inkişafına arxalanaraq daha böyük qara dəliklərin birləşməsini gözləyirlər. 1990-cı illərə qədər qara dəlikləri yalnız elektromaqnit şüalanma parametrlərini qeyd etməklə müşahidə etmək mümkün idi, sonra qravitasiya dalğalarının qeydə alınması üçün yeni texnologiya alimlərin imkanlarını xeyli genişləndirdi. Yaxın 10-15 il ərzində dünya rəsədxanalarında yeni avadanlıqların tətbiqi gözləmədiyimiz sürprizlər verə bilər.
LIGO layihəsinin həyata keçirilməsinə 1992-ci ildə başlanılıb, Beynəlxalq Rəsədxana Birliyi ABŞ, Böyük Britaniya, Rusiya, Almaniya, Kanada, İsrail, Çin, Hindistan və Braziliya da daxil olmaqla 20-dən çox ölkədən 40-a yaxın tədqiqat institutunu və 1,5 min alimi birləşdirir. Layihənin əsas məqsədi kosmik mənşəli qravitasiya dalğalarının eksperimental aşkarlanmasıdır.
Xəbər lenti
Hamısına baxDünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05

