Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Süni intellektlə təchiz edilmiş stetoskop ürək xəstəliklərini saniyələr içində aşkar edə biləcək

Süni intellektlə təchiz edilmiş stetoskop ürək xəstəliklərini saniyələr içində aşkar edə biləcək

31.08.2025 [14:17]

Alimlərin araşdırmalarına görə süni intellektlə (AI) işləyən yeni nəsil stetoskop həkimlərə ürəyin üç fərqli xəstəliyini cəmi bir neçə saniyə ərzində müəyyən etməyə imkan verəcək.

AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, cihaz ürək döyüntüləri və qan axınının insan qulağının ayırd edə bilmədiyi incə fərqlərini təhlil edə bilir. Bununla yanaşı, eyni vaxtda ürəyin elektrik siqnallarını qeydə alan sürətli elektrokardioqram (EKQ) testi aparılır.

Mütəxəssislər bildirirlər ki, bu texnologiya həqiqi bir dönüş nöqtəsi ola bilər və ürək çatışmazlığı, ürək qapağı xəstəliyi və ürək ritm pozuntuları, o cümlədən atrial fibrilasiya olan xəstələrin daha erkən müalicəsinə şərait yaradacaq.

Yeni nəsil süni intellektli cihaz ənənəvi stetoskopun döş qəfəsinə qoyulan hissəsini müasir sensorla əvəz edir. Bu cihaz pasiyentin sinəsinə yerləşdirilərək ürəyin elektrik siqnallarını qeydə alan EKQ çəkir və eyni zamanda, ürəkdən keçən qan axınının səsini mikrofon vasitəsilə yazır. Toplanmış məlumat buluda göndərilir və on minlərlə insanın göstəriciləri üzərində öyrədilmiş süni intellekt tərəfindən təhlil edilir.

Paylaş:
Baxılıb: 444 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30