Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Donald Tramp bu gün bəyanatla çıxış edəcək

Donald Tramp bu gün bəyanatla çıxış edəcək

05.09.2025 [11:57]

ABŞ Prezidenti Donald Tramp sentyabrın 5-də yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə 00:00-da) mətbuat üçün bəyanatla çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb. Bəyanatın mövzusu barədə hələlik məlumat verilmir.

Bir müddət öncə “Fox News” telekanalı Ağ evdəki mənbəyinə istinadla Donald Trampın bu gün ABŞ Müdafiə Nazirliyinin adının yenidən Müharibə Nazirliyi olaraq dəyişdirilməsi barədə fərman imzalayacağını bildirmişdi. Yeni qərara əsasən nazirliyin rəhbəri Pit Heqset yalnız müdafiə naziri kimi deyil, həm də hərbi nazir kimi təqdim olunacaq.

Qeyd edək ki, ABŞ-da Müharibə Nazirliyi 1789–1947-ci illərdə mövcud olub. 1947-ci ildə həmin qurum Milli Hərbi İdarə adlandırılıb, 1949-cu ildə isə Müdafiə Nazirliyinə çevrilib.

Paylaş:
Baxılıb: 185 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31