ABŞ-dan Ottavaya ittiham...
25.10.2025 [09:36]
Reyqandan “istifadə” edərək saxta reklam çarxı...
ABŞ ilə Kanada arasında yenidən qalmaqal baş verib. Belə ki, ABŞ Prezidenti Donald Tramp Kanada ilə bütün ticarət danışıqlarının dayandırıldığını açıqlayıb. O, bu barədə “Truth” sosial şəbəkəsində yazıb. Dövlət başçısı bu addımın Kanadada ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın rüsumlarla bağlı mənfi danışdığını göstərən saxta reklam çarxı ilə bağlı atıldığını deyib. “Ronald Reyqan Fondu Kanadanın saxta şəkildə Ronald Reyqanın tariflər haqqında mənfi danışdığını göstərən reklam çarxı yayımladığını açıqlayıb. Reklamın dəyəri 75 min dollar təşkil edib. Onlar bunu yalnız ABŞ Ali Məhkəməsinin və digər məhkəmələrin qərarına müdaxilə etmək üçün etdilər. Tariflər ABŞ-ın milli təhlükəsizliyi və iqtisadiyyatı üçün çox vacibdir. Onların bu davranışlarına əsasən, Kanada ilə bütün ticarət danışıqları dayandırılır”,- deyə Tramp vurğulayıb.
Reyqan nə deyib?
Qeyd edək ki, adıçəkilən reklamda Reyqanın 1987-ci ildə tariflər haqqında çıxışının səs yazısından istifadə olunub və Reyqan bu çıxışlarda tariflərin uzunmüddətli perspektivdə təsirsiz olduğunu deyib. Xatırladaq ki, Reyqan 2004-cü ilin yayında 92 yaşında vəfat etdi. O, 1981 - 1989-cu illərdə ABŞ prezidenti olub.
ABŞ-ın hazırkı Prezidenti Tramp isə bu ilin yayında Kanada üçün tarifləri 25 faizdən 35 faizə qaldırıb. O, bunu fentanil dərmanının qaçaqmalçılığı və Ottavanın cavab tədbirləri ilə əlaqələndirib. Qərar ABŞ-Meksika-Kanada Azad Ticarət Sazişi ilə əhatə olunan mallara təsir etməyib. Bu ilin iyununda isə Tramp Kanadanın “Amazon”, “Google”, “Uber” və “Airbnb” kimi Amerika texnologiya şirkətlərinə yeni xidmət vergisi tətbiq etməsi səbəbindən Kanada ilə tarif danışıqlarını dayandırmışdı. Onlardan mənfəətdən üç faiz dərəcəsi ilə vergi tutulmalı idi. Lakin sonda bu, ləğv edildi.
Kanada gələcək 10 illik planını açıqladı
Kanada Baş naziri Mark Karni isə bildirib ki, ölkənin ABŞ-dan iqtisadi asılılığını azaltmaq üçün növbəti on ildə ABŞ-dan kənar bazarlara ixracını ikiqat artıracaq. Hökumətin gələn ayın federal büdcəsi üçün prioritetlərini açıqlayan Karni deyib ki, ABŞ ilə ticarət əlaqələrinin təbiəti dəyişir. Onun sözlərinə görə, hökumət “daha dinamik, daha rəqabətli və daha düşməncəsinə” şəraitdə “daha güclü iqtisadiyyat qurmağa” hazırlaşır: “Əgər indi hərəkətə keçməsək, təzyiq artacaq. İqtisadiyyatımızı asanlıqla və ya bir neçə ay ərzində dəyişdirə bilmərik. Bu, çətinliklə yaradacaq və vaxt aparacaq.”
Bəlli olduğu kimi, bu ilin əvvəlindən bəri Kanada və ABŞ dəfələrlə tariflər üzərində toqquşublar. Karni hələ mart ayında Kanada ilə ABŞ arasında iqtisadi inteqrasiyanın dərinləşməsinə əsaslanan ənənəvi münasibətlərin “bitdiyini” və Kanadanın iqtisadiyyatını kökündən yenidən qurmalı olduğunu bəyan etmişdi.
Sentyabr ayında Karni hökuməti milli iqtisadiyyatı inkişaf etdirməyə və ABŞ-dan asılılığı azaltmağa yönəlmiş enerji, mədənçilik və liman genişləndirilməsini əhatə edən genişmiqyaslı infrastruktur planını elan edib.
Ən yaxın iqtisadi tərəfdaş, yoxsa 51-ci ştat...
ABŞ hazırda Kanadanın ən vacib ticarət tərəfdaşıdır və Kanada mal ixracatının təxminən dörddə üçü ABŞ-a gedir. Hətta 2023-cü ilin sonuna olan statistik məlumata görə, Amerikanın bu ölkəyə ixracının həcmi Meksikaya (323 milyard ABŞ dolları) və Çinə (148 milyard ABŞ dolları) çatdırılma həcmini üstələyərək 353 milyard dollara (17,5 faiz) çatıb. Eyni zamanda, Kanadadan idxalın həcmi 2023-cü ilin sonunda 3-cü yeri tutaraq 421 milyard ABŞ dolları (13,7 faiz) təşkil edərək Meksikadan (476 milyard ABŞ dolları) və Çindən (427 milyard ABŞ dolları) sonra üçüncü yerdə olub. Ümumiyyətlə, son onillikdə ABŞ-ın Kanada ilə xarici ticarət dövriyyəsi artan dinamika ilə müşahidə edilib.
2024-cü ildə isə ABŞ və Kanada arasında ticarət dövriyyəsi təxminən 764,5 milyard dollar və ya gündə təxminən 3,6 milyard dollar təşkil edib. ABŞ-ın Kanadadan idxalı 411,9 milyard dollar olub. ABŞ-ın Kanada ilə ticarət kəsiri 62 milyard dollara düşüb.
İki ölkə arasında baş verənlərdə siyasi motivlər də mövcuddur - ABŞ prezidenti Donald Tramp ötən ilin sonunda etibarən israrla Kanadanı ölkəsinin 51-ci ştatı etmək niyyətini açıqlayıb - hələ ötən ilin sonunda Tramp Milad təbrikində qubernator adlandırdığı Kanadanın baş naziri Castin Trüdoya zəng edərək bildirmişdi ki, Kanada əraziləri ABŞ-ın 51-ci ştatı olarsa, kanadalılar üçün vergilər 60 faizdən çox azalacaq. Görünən isə budur ki, Ağ evin sahibi özünün “şimal planı”nı həyata keçirmək üçün addımlar atmağa başlayıb.
SADİQ
Xəbər lenti
Hamısına baxİdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34
Elm
22 Aprel 11:33
Sosial
22 Aprel 11:33
Gündəm
22 Aprel 11:20
İqtisadiyyat
22 Aprel 11:16
Siyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16
Siyasət
22 Aprel 10:14
Analitik
22 Aprel 10:12
Siyasət
22 Aprel 10:04
Gündəm
22 Aprel 09:57

