Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / ABŞ Sakit okeanda daha bir narkotik ticarət gəmisini məhv edib

ABŞ Sakit okeanda daha bir narkotik ticarət gəmisini məhv edib

17.11.2025 [09:41]

ABŞ müharibə naziri Pit Heqsetin əmri ilə ABŞ ordusu Sakit okeanda narkotik qaçaqmalçılığı üçün istifadə edildiyi iddia olunan daha bir gəmini məhv edib.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Cənub Komandanlığı məlumat yayıb.

“Müdafiə naziri Pit Heqsetin əmri ilə “Southern Spear” Birgə Əməliyyat Qüvvəsi terror təşkilatının istifadə etdiyi gəmiyə zərbə endirib. Kəşfiyyat gəminin narkotik alveri ilə məşğul olduğunu təsdiqləyib”, – məlumatda qeyd olunur.

Komandanlığın məlumatına görə, gəminin göyərtəsində olan üç nəfər öldürülüb. Gəmi Şərqi Sakit okeanda narkotik daşıyırmış və zərbə beynəlxalq sularda həyata keçirilib.

CNN-in məlumatına əsasən, ABŞ qüvvələri son aylarda narkotik qaçaqmalçılığı ilə mübarizə adı altında Latın Amerikası sahillərində 21 sürətli qayığı məhv edib və nəticədə 83 nəfər həlak olub.

Paylaş:
Baxılıb: 399 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Siyasət

Gündəm

Siyasi təxribat...

22 Aprel 10:35

Analitik

Ədəbiyyat

Sosial

Planetimizi sevək!

22 Aprel 08:56

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30