/ / Numan Kurtulmuş beynəlxalq ictimaiyyəti ölkələrin mədəni irsinin qorunması üzrə birgə addımlar atmağa çağırıb
Numan Kurtulmuş beynəlxalq ictimaiyyəti ölkələrin mədəni irsinin qorunması üzrə birgə addımlar atmağa çağırıb
24.11.2025 [16:35]
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş beynəlxalq ictimaiyyəti mədəni sərvətlərin qaçaqmalçılığına qarşı mübarizə aparmaq üçün birgə addımlar atmağa çağırıb.
AZƏRTAC xəbər verir ki, İstanbuldakı Dolmabahçe sarayında keçirilən beynəlxalq simpoziumda çıxış edən Numan Kurtulmuş 27 ölkədən olan muzey direktorlarının diqqətini onların mədəni irsinin qorunmasının vacibliyinə yönəldib.
“Müasir Türkiyənin torpaqları 24 fərqli mədəniyyətin beşiyidir. Troya və Berqama da daxil olmaqla bir sıra Türkiyə muzeylərindən olan eksponatların hazırda Qərbdəki müxtəlif muzeylərdə nümayiş olunmasından ciddi narahatıq”, - deyə Türkiyə parlamentinin sədri bildirib.
Numan Kurtulmuş xatırladıb ki, bir vaxtlar alman arxeoloq məşhur Troya Muzeyindən demək olar ki, bütün eksponatların Avropaya qaçaqmalçılığını təşkil edib.
Onun sözlərinə görə, müasir dövrün çətinlikləri və problemləri fonunda dövlətlər getdikcə mədəni və tarixi irs obyektlərinin məhv edilməsi və ya qanunsuz ixracı problemi ilə qarşılaşır.
N. Kurtulmuş buna misal olaraq Əfqanıstandakı vəziyyəti göstərib; burada silahlı münaqişə illərində bir çox dünya irsi əsərləri məhv edilib.
"Bu gün Ukrayna da tarixi və mədəni irs obyektlərinin dağıdılmasının şahidi olur. Suriya və İraq sakinləri də oxşar problemlərlə üzləşirlər”, - deyə o bildirib.
TBMM sədri, həmçinin indiyədək dünyanın ən təhlükəsiz muzey komplekslərindən biri hesab edilən Parisdəki Luvr Muzeyində son vaxtlar baş verən eksponatların oğurlanması hadisəsinə də diqqət çəkib.
N. Kurtulmuş ümidvar olduğunu bildirib ki, dövlətlər arasında əməkdaşlıq mədəni xəzinələrin zədələnməsi və qaçaqmalçılığı problemini minimuma endirəcək.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58

