Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Fransada təyyarə qəzası: pilot həyatını itirib

Fransada təyyarə qəzası: pilot həyatını itirib

11.12.2025 [20:55]

Fransanın Sena-Maritim departamentində, Havr-Octeville hava limanı yaxınlığında yüngül mühərrikli “DR 400” tipli təyyarə qəzaya uğrayıb.

AZƏRTAC xəbər verir ki, departament prefekturası hadisənin bu gün səhər saatlarında baş verdiyini təsdiqləyib. Prefekturanın açıqlamasına görə, təyyarə saat 07:50-də Havr-Octeville limanından havaya qalxıb, lakin qısa müddət sonra hava limanının uçuş zolağının sonunda yerləşən bağ sahələrinə düşüb. Hadisə yerinə dərhal xilasetmə qrupları cəlb edilib.

Havr prokurorluğu pilotun həyatını xilas etməyin mümkün olmadığını bildirib. Rəsmi uçuş planına əsasən, təyyarədə yalnız bir nəfər - komandir-pilot olub. Qəzanın səbəbi hələlik məlum deyil. “ICI Normandie” saytı şahid ifadələrinə istinadla yazır ki, təyyarə havaya qalxdıqdan dərhal sonra kəskin dönüş edib və istiqamətini dəyişib, lakin bunun səbəbi hazırda araşdırılır. Şahidlərdən biri qəzanın səsindən sonra dərhal fövqəladə xidmətləri məlumatlandırıb. Axtarışlar zamanı təyyarənin qalıqları qısa müddətdə aşkar edilib.

Qəzanın səbəblərini müəyyənləşdirmək üçün istintaq davam edir.

Paylaş:
Baxılıb: 457 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Siyasət

Gündəm

Siyasi təxribat...

22 Aprel 10:35

Analitik

Ədəbiyyat

Sosial

Planetimizi sevək!

22 Aprel 08:56

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30