ABŞ öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb
13.01.2026 [12:19]
ABŞ hakimiyyəti İranda davam edən iğtişaşlar səbəbindən amerikalıları təcili olaraq bu ölkəni tərk etməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, İrandakı “virtual” ABŞ səfirliyi amerikalıları uzunmüddətli internet kəsintilərinə hazır olmağa, alternativ rabitə planları qurmağa və mümkün olduğu halda İranı quru yolu ilə tərk etməyə, əks təqdirdə isə təhlükəsiz yer tapmağa, həmçinin qida, su, dərman və digər zəruri əşyalardan ehtiyat yaratmağa çağırıb. Sənəddə vurğulanır ki, “ABŞ vətəndaşları İranda dindirilmə və həbs riski altındadırlar”.
Bir müddət öncə ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrandakı vəziyyəti diqqətlə izlədiyini bildirib. Daha sonra Ağ Evin mətbuat katibi Kerolayn Livitt Birləşmiş Ştatların digər variantlarla yanaşı, İrana qarşı hərbi əməliyyatları da nəzərdən keçirdiyini, lakin diplomatik həll yollarına üstünlük verdiyini deyib.
Yanvarın 12-də İranın xarici işlər naziri Abbas Əraqçi Əl-Cəzirə telekanalına müsahibəsində ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffla mövcud vəziyyəti müzakirə etdiyini söyləyib.
Qeyd edək ki, ötən il dekabrın 28-dən bəri İranda kütləvi etirazlar davam edir. Əvvəlcə ağır iqtisadi vəziyyət və milli valyutanın dəyərdən düşməsi ilə başlayan etirazlar tezliklə siyasi müstəviyə keçib. Artıq beynəlxalq aviaşirkətlər bu ölkəyə uçuşları məhdudlaşdırmağa və ya ləğv etməyə başlayıb.
Xəbər lenti
Hamısına baxİdman
06 Sentyabr 22:40
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02

