Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Yunanıstan ölkədən qanunsuz çıxarılmış antik irs nümunələrini geri qaytarıb

Yunanıstan ölkədən qanunsuz çıxarılmış antik irs nümunələrini geri qaytarıb

23.01.2026 [19:52]

Yunanıstan vaxtilə qanunsuz şəkildə ölkədən çıxarılmış bir sıra mühüm antik mədəni irs nümunələrini Böyük Britaniyadan geri qaytarmağa nail olub.

AZƏRTAC xəbər verir ki, bu barədə “Greek Times” xəbər portalı məlumat yayıb.

Bildirilib ki, bu eksponatlar arasında antik mərmər memorial lövhə və beş ədəd insan fiqurlu bürünc heykəlcik yer alır.

Mərmər lövhə eramızdan əvvəl IV əsrə aiddir və qədim Yunanıstanda Pirey bölgəsində yerləşən Artemida Munixiya məbədinə həsr olunub. Sözügedən artefaktlar uzun müddət Böyük Britaniyada saxlanılıb və aparılan hüquqi prosedurlar nəticəsində Yunanıstana qaytarılıb.

Yunanıstanın Mədəniyyət Nazirliyi bu hadisəni ölkənin milli-mədəni irsinin qorunması və bərpası istiqamətində mühüm addım kimi qiymətləndirib. Qeyd olunub ki, dövlət qurumları qanunsuz yolla ölkədən çıxarılmış antik əşyaların geri alınması üzrə ardıcıl fəaliyyətini davam etdirir və bu proses beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilir.

Məlumata görə, geri qaytarılan artefaktlar yaxın vaxtlarda Pirey Arxeologiya Muzeyinə təhvil veriləcək, elmi tədqiqatlardan sonra isə ictimaiyyətə təqdim olunacaq.

Mütəxəssislər bu nümunələrin Yunanıstanın tarixi yaddaşı ilə yanaşı, ümumbəşəri mədəni irs baxımından da xüsusi əhəmiyyət daşıdığını bildirirlər.

“Greek Times” yazır ki, Yunanıstan son illər mədəni irsinin beynəlxalq səviyyədə qorunması və tarixi artefaktların repatriasiyası istiqamətində prinsipial mövqe nümayiş etdirir və bu siyasət gələcəkdə də davam etdiriləcək.

Paylaş:
Baxılıb: 313 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Aprel 11:12  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30