ABŞ hökuməti son altı ayda ikinci dəfə şatdaunla üzləşib
31.01.2026 [22:29]
ABŞ-da Daxili Təhlükəsizlik Nazirliyinin maliyyələşdirilməsi ilə bağlı demokratlar və respublikaçılar arasında fikir ayrılığı səbəbindən qismən “şatdaun” başlayıb. “Şatdaun” ABŞ hökumətinin maliyyə çatışmazlığı ucbatından federal qurumların fəaliyyətini dayandırması deməkdir.
AZƏRTAC “Fox News” telekanalına istinadla xəbər verir ki, oxşar vəziyyət 2025-ci ilin payızında da baş vermişdi. Həmin vaxt “şatdaun” 43 gün davam etmişdi. ABŞ Prezidenti Donald Tramp müvəqqəti maliyyələşdirmə haqqında qətnaməni imzalayaraq, federal qurumların fəaliyyətini 2026-cı ilin yanvar ayının sonuna qədər uzatmışdı. Bu müddət ərzində qanunvericilərin növbəti ilin büdcəsini razılaşdırmaları gözlənilirdi. Həqiqətən də bəzi qanun layihələri qəbul edildiyindən, qurumlardan bir neçəsi fəaliyyətini davam etdirmişdi.
Mübahisənin əsas kulminasiyası Daxili Təhlükəsizlik Nazirliyinin maliyyələşdirilməsi məsələsidir. Demokratlar Minnesota ştatında baş verən hadisələrdən sonra nazirliyin büdcəsinin azaldılmasını tələb edirlər.
Xatırladaq ki, Miqrasiya Xidmətinin əməkdaşı əməliyyat zamanı saxlanılan şəxslərdən birinə kömək etmək istədiyi iddia olunan tibb bacısını atəş açaraq öldürmüşdü. Bundan sonra ştatda etiraz aksiyaları başlamışdı.
Davamlı “şatdaun” bazarlara, o cümlədən kriptoaktivlərə mənfi təsir göstərə bilər. Lakin “CryptoRank” agentliyinin məlumatlarına əsasən, bu amil artıq əvvəlki dövrlərdə özünü göstərib. Ən azından 29-30 yanvar korreksiyasından sonra ciddi düşüş müşahidə edilməyib.
“ABC News” agentliyinin məlumatına görə, yanvarın 30-da Senat Daxili Təhlükəsizlik Nazirliyinin qısamüddətli maliyyələşdirilməsi haqqında qətnaməni digər paketdən ayrı təsdiqləyib. Qanun layihəsi ABŞ Nümayəndələr Palatasına göndərilib, lakin orada yalnız fevralın 2-də səsvermə keçirilə bilər.
Qanun layihəsində demokratlara bir sıra güzəştlər nəzərdə tutulub. Xüsusilə layihəyə əsasən bütün miqrasiya və gömrük xidməti əməkdaşları bədən kameraları daşımalıdırlar, maskalardan istifadə isə qadağan olunur.
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27

