Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb

Prezident: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb

06.09.2026 [11:46]

Hazırda Azərbaycan ilə Esvatini arasında münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb.

AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Esvatini Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Kral III Msvatiyə ünvanlandığı təbrik məktubunda yer alıb.

Kral III Msvatinin cari ilin may ayında WUF13-də iştirak etmək üçün Bakıya səfərinin Azərbaycan-Esvatini əlaqələrinin tarixində xüsusi yer tutduğunu vurğulayan dövlətimizin başçısı, həmçinin əlavə edib: “İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında dostluq münasibətlərini möhkəmləndirmək, əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik”.

Paylaş:
Baxılıb: 129 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30