Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Misir və Pakistan İran və ABŞ-ni iyun razılaşmasının icrasına qayıtmağa çağırıb

Misir və Pakistan İran və ABŞ-ni iyun razılaşmasının icrasına qayıtmağa çağırıb

07.09.2026 [09:42]

Misir və Pakistan İranla ABŞ arasında iyunun 18-də imzalanmış müvəqqəti razılaşmanın icrasına qayıtmağın və bölgədə davam edən müharibəyə son qoymağın vacibliyini vurğulayıblar.

AZƏRTAC Misir Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, bu, xarici işlər naziri Bədr Əbdülati ilə pakistanlı həmkarı Məhəmməd İshaq Dar arasında baş tutan telefon danışığı zamanı bildirilib.

Tərəflər, həmçinin regionda gərginliyin azaldılması və sabitliyin bərpası istiqamətində səyləri müzakirə ediblər. Nazirlər ikitərəfli səviyyədə və Səudiyyə Ərəbistanı, Misir, Türkiyə və Pakistanın daxil olduğu regional dördtərəfli mexanizm çərçivəsində məsləhətləşmələrin və sıx koordinasiyanın davam etdirilməsi barədə razılığa gəliblər.

Xatırladaq ki, Pakistan və Qətər İranla ABŞ arasında müharibənin dayandırılması istiqamətində əsas vasitəçilik səylərini həyata keçirən ölkələr sırasında yer alır. Münaqişə ABŞ və İsrailin fevralın 28-də İrana qarşı zərbələrindən sonra başlayıb.

Paylaş:
Baxılıb: 70 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30