Bill Qeyts Hindistanda keçirilən AI sammitində iştirakdan imtina edib
19.02.2026 [19:52]
Bill Qeyts cümə axşamı planlaşdırılan çıxışından bir neçə saat əvvəl Hindistan Süni İntellekt Təsiri Sammitində iştirakını ləğv edib. Bu, artıq təşkilati problemlər, robototexnika nümayişi ilə bağlı mübahisələr və nümayəndə heyətinin nəqliyyatdakı fasilələrlə bağlı şikayətləri ilə üzləşən flaqman tədbirinə daha bir zərbədir. Qeytsin iştirak etməməsi və ardınca “Nvidia” şirkətinin rəhbəri Censen Huanqın tədbirə qatılmaqdan imtinası Hindistanın qlobal süni intellektin idarə olunmasında liderlik rolunu axtardığı Qlobal Cənubda süni intellekt üzrə ilk böyük forum kimi təqdim edilən sammit üçün onsuz da çətin olan vəziyyəti daha da ağırlaşdırır.
AZƏRTAC xəbər verir ki, Qeyts Fondu milyarderin süni intellekt üzrə əsas prioritetlərinə diqqət yetirmək mövzusunda çıxış etməyəcəyini açıqlayıb. “Reuters”in məlumatına görə, cəmi bir neçə gün əvvəl bu fond onun iştirak etməməsi ilə bağlı şayiələri təkzib etmişdi və çıxışın planlaşdırdığı məsələsində israrlı idi.
Bu imtina ABŞ Ədliyyə Nazirliyinin ötən ay seksual cinayətkar kimi məhkum edilmiş mərhum maliyyəçi Ceffri Epşteyn ilə Qeyts Fondunun işçiləri arasında yazışmaları ehtiva edən elektron poçtların yayımlanmasından sonra baş verib. Qeyts iddia edirdi ki, onun həmin şəxs ilə münasibətləri xeyriyyəçiliklə bağlı müzakirələrlə məhdudlaşıb və Epşteynlə görüşmək səhv olub.

Hindistanda keçirilən ilk böyük süni intellekt sammiti iştirakçıları şoka salan və qəzəbləndirən rəhbərliyin səhv addımları ilə pozulub. Onlar Hindistan hökumətinin planlaşdırma çatışmazlığından narahatlıq ifadə ediblər.
Cümə axşamı günü sammitin sərgi salonları ictimaiyyət üçün gözlənilmədən bağlanıb, bu da köşk və pavilyonlar quran şirkətlər arasında narazılığı daha da artırıb. Tədbirin keçirildiyi ərazi üçgünlük böyük izdihamdan sonra demək olar ki, boş qalıb.
Çərşənbə günü Hindistanın Galgotias Universitetindən bir işçinin Çin istehsalı olan robot itini universitetin öz inkişafı kimi təqdim etməsindən və ictimai etirazlara səbəb olmasından sonra onun stendini boşaltması istənilib.
Polis sammitdə iştirak edən yüksəkvəzifəli şəxslərin prioritet hərəkətini təmin etmək üçün yolları bağlayıb və bu da 20 milyon əhalisi olan şəhərdə xaosa səbəb olub.
Çərşənbə günü sosial mediada onlarla sammit iştirakçısının Yeni Dehlinin mərkəzindən bir neçə kilometr məsafə qət etdiyini göstərən videolar yayıldı, çünki yollar nəqliyyatın hərəkəti üçün bağlanmışdı və taksi və ya avtobuslar yox idi.
Bu videolardan birini paylaşan müxalifət lideri Mahua Moytra “X” sosial media platformasında yazıb ki, zəif idarəetmə Hindistanın dünya miqyasında nüfuzuna xələl gətirib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

