Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Yohan Vadeful: Almaniyanın Hörmüz boğazının təhlükəsizliyinin təmin olunmasında iştirakı nəzərdə tutulmur

Yohan Vadeful: Almaniyanın Hörmüz boğazının təhlükəsizliyinin təmin olunmasında iştirakı nəzərdə tutulmur

16.03.2026 [11:40]

Almaniyanın xarici işlər naziri Yohan Vadeful ölkəsinin Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsində iştirakının hazırda nəzərdə tutulmadığını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, nazir ARD televiziyasına açıqlamasında belə bir əməliyyat üçün hazırda təcili zərurət görmədiyini bildirib. Nazir Hörmüz boğazında və Qırmızı dənizdə təhlükəsizliyin yalnız danışıqlar yolu ilə təmin oluna biləcəyini vurğulayıb.

Y.Vadeful Avropa İttifaqının Qırmızı dənizdə həyata keçirdiyi “Aspides” dəniz missiyasının Hörmüz boğazına qədər genişləndirilməsinə skeptik yanaşaraq, bu missiyanın hazırda fəaliyyət göstərdiyi Qırmızı dənizdə belə kifayət qədər effektli olmadığını bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının təhlükəsizliyini təmin etmək üçün dəstək çağırışı edib. Bir sıra ölkələr kimi, Almaniya da bu məsələ ilə bağlı ehtiyatlı mövqe nümayiş etdirir. Kansler Fridrix Merts hazırda dəniz yollarının hərbi müdafiəsini nəzərdən keçirmək üçün heç bir səbəb olmadığını açıqlayıb. Kansler Almaniyanın bu müharibədə tərəf olmadığını və olmaq istəmədiyini qeyd edərək bildirib ki, bütün səylər müharibəni sona çatdırmağa yönəldilib.

Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri bu gün Brüsseldə görüşəcəklər. Görüşdə Yaxın Şərqdəki vəziyyəti, eləcə də “Aspides” dəniz missiyasının Hörmüz boğazına qədər genişləndirilməsi məsələsini müzakirə edəcəklər.

Paylaş:
Baxılıb: 276 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Aprel 11:12  

Gündəm

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30