“Qantas” 2027-ci ildə dünyanın ən uzun birbaşa uçuşunu həyata keçirməyə hazırlaşır
29.06.2026 [16:02]
Avstraliyanın “Qantas” aviaşirkəti 2027-ci ilin oktyabr ayından etibarən dünyanın ən uzun fasiləsiz kommersiya uçuşunu həyata keçirməyə hazırlaşır. Xüsusi hazırlanmış Airbus A350-1000ULR təyyarəsi ilə Sidney–London marşrutu üzrə uçuş təxminən 19 saat davam edəcək və hazırkı birdayanacaqlı reyslərlə müqayisədə səyahət müddətini dörd saat azaldacaq.
AZƏRTAC xəbər verir ki, şirkətin baş direktoru Vanessa Hadsonun sözlərinə görə, bu layihə “Qantas”ın 105 illik tarixində ən mühüm mərhələlərdən biridir. O bildirib ki, şirkətin əsas məqsədi Avstraliyanın coğrafi uzaqlığını beynəlxalq əlaqələr üçün maneəyə çevirməməkdir.
Uzunmüddətli uçuşlar üçün hazırlanmış Airbus A350-1000ULR əlavə 20 min litrlik yanacaq çəni ilə təchiz olunacaq. Bu isə təyyarəyə təxminən 22 saat havada qalmaq imkanı verəcək. Təyyarə, həmçinin “Rolls-Royce Trent XWB” mühərrikləri ilə təchiz ediləcək. 238 sərnişin tutumuna malik təyyarədə dörd xidmət sinfi nəzərdə tutulub. Sərnişinlərin 20 saata yaxın davam edən uçuş zamanı rahatlığını təmin etmək üçün xüsusi istirahət və sağlamlıq zonası yaradılacaq. Burada sərnişinlər dincələ, yuxu təbabəti və aviasiya mütəxəssisləri tərəfindən hazırlanmış fiziki məşqləri yerinə yetirə biləcəklər. Birinci sinifdə tam ölçülü çarpayı və ayrıca kreslo təqdim olunacaq, ekonom sinifdə isə adi təyyarələrdən daha geniş oturacaqlar quraşdırılacaq.
Sidney–London marşrutu istifadəyə verildikdən sonra “Qantas” Sidney-Nyu-York birbaşa reysini də açmağı planlaşdırır.
Xəbər lenti
Hamısına baxDünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:46
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26

