Kamboca “ASAN xidmət” təcrübəsindən yararlanacaq
29.06.2026 [19:21]
Kamboca Krallığının poçt və telekommunikasiyalar naziri Vandet Çeanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, səfər 2025-ci ilin dekabr ayında Dövlət Agentliyi ilə imzalanmış Anlaşma Memorandumunun icrası çərçivəsində təşkil edilib. Məqsəd “ASAN xidmət”in fəaliyyəti ilə yerində tanış olmaq və ölkəmizin dövlət xidmətlərinin göstərilməsi sahəsində müvafiq qabaqcıl təcrübəsinin Kambocada tətbiqi ilə əlaqədar müzakirələrin aparılmasıdır.
Nümayəndə heyəti Zəfər abidəsini və Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib.
Qonaqlar “ASAN xidmət” mərkəzində olublar. Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” modeli, vətəndaş məmnuniyyətinə əsaslanan xidmət yanaşması və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə ətraflı məlumat verib. Görüş zamanı Azərbaycanın intellektual brendinin Cənub-Şərqi Asiyada yerləşən ölkələr də daxil olmaqla 30-dan çox dövlətə ixrac olunduğu diqqətə çatdırılıb.
Kambocalı nazir “ASAN xidmət” təcrübəsini yüksək qiymətləndirdiyini, həmin uğurlu modelin ölkəsində qısa müddətdə tətbiq etmək niyyətini ifadə edib və bu istiqamətdə zəruri addımların atılacağını bildirib.
Səfər proqramı ərzində nümayəndə heyətinə Dövlət Agentliyinin müxtəlif struktur bölmələri tərəfindən dövlət xidmətlərinin dizaynı, “ASAN xidmət”də tətbiq olunan dataəsaslı qərar qəbuletmə mexanizmləri və digər istiqamətlər üzrə geniş təqdimatlar edilib.
Həmçinin qonaqlar Bakı şəhərində fəaliyyət göstərən “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, “Bilim Bakı”nın, Səyyar ASAN xidmətin, 108 Çağrı Mərkəzinin və ASAN TV/Radionun fəaliyyəti ilə yaxından tanış olublar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58

