Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Yaponiyada 633 şagird norovirusdan zəhərlənib

Yaponiyada 633 şagird norovirusdan zəhərlənib

26.03.2026 [19:25]

Yaponiyanın Osaka prefekturasının Kumatori şəhərindəki 8 məktəbdə 633 şagird və işçi qida zəhərlənməsi simptomları barədə məlumat verib.

AZƏRTAC Yaponiyanın NHK televiziya kanalına istinadla xəbər verir ki, zəhərlənmə halları martın 19-dan başlayıb. Məktəblərin şagird və işçi heyətində ishal və qusma da daxil olmaqla ardıcıl olaraq simptomlar inkişaf edib. Yerli səhiyyə mərkəzi yoluxmuş şagirdlərin bəzilərində norovirus aşkar edib. Eyni virus şəhərdəki bütün ibtidai və orta məktəblərə günorta yeməyi üçün çörək tədarük edən şirkətin işçilərində də aşkar edilib.

İctimai səhiyyə mərkəzi epidemiyanın çörəkdən qaynaqlandığını müəyyən edib. Çörək istehsal edən müəssisənin fəaliyyəti 5 günlük dayandırılıb.

Paylaş:
Baxılıb: 511 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Ədalətsiz qərar

24 İyun 10:19

Analitik

Ədəbiyyat

Sosial

Xocalının cəngavəri

24 İyun 08:38  

Dünya

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30