Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Yaponiya və ABŞ süni intellektin inkişafına birgə bir milyard dollar sərmayə yatıracaq

Yaponiya və ABŞ süni intellektin inkişafına birgə bir milyard dollar sərmayə yatıracaq

05.06.2026 [21:55]

Yaponiya və ABŞ növbəti beş il ərzində elmi tədqiqatlarda süni intellektin inkişafına birgə bir milyard dollar investisiya yatırmaq barədə razılığa gəliblər.

AZƏRTAC xəbər verir ki, Bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, strateji tərəfdaşlıq süni intellekt də daxil olmaqla, qabaqcıl elm və texnologiya sahələrində birgə tədqiqatların genişləndirilməsini, həmçinin hesablama resurslarının gücləndirilməsini nəzərdə tutur.

Tərəfdaşlıq çərçivəsində tərəflər birgə tədqiqatlar üçün hesablama resurslarından qarşılıqlı istifadə edəcək. Əməkdaşlığın kvant informasiya elmi, termonüvə texnologiyaları, biotexnologiya və digər qabaqcıl sahələri də əhatə edəcəyi bildirilir.

Paylaş:
Baxılıb: 230 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Sosial

Dünya

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30