Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Ermənistanda parlament seçkiləri keçirilir

Ermənistanda parlament seçkiləri keçirilir

07.06.2026 [11:19]

Bu gün Ermənistanda 9-cu çağırış parlament seçkiləri keçirilir. Ölkə üzrə bütün seçki məntəqələri açıqdır və səsvermə davam edir.

AZƏRTAC xəbər verir ki, vətəndaşlar səsvermə hüququndan Yerevan vaxtı ilə saat 20:00-a qədər istifadə edə bilərlər. Ölkə xaricində səsvermə planlaşdırılmır.

Saat 12:00-dan başlayaraq Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) hər 3 saatdan bir seçici fəallığı haqqında məlumatları dərc edəcək. Təxminən saat 23:00-da MSK-nın ən kiçik və ən ucqar kənd seçki məntəqələrinin səsvermə nəticələrini dərc etməyə başlayacağı gözlənilir, lakin bu, ümumi mənzərəni əks etdirmir. Gecə saat 02:00-03:00 radələrində seçicilərin üçdə birinin yaşadığı paytaxt Yerevan da daxil olmaqla, böyük şəhərlərdən məlumatlar alınmağa başlayacaq. Elektron səs sayılması 8 iyun səhəri saat 08:00-da başa çatacaq.

Ermənistan parlamenti proporsional təmsilçilik, yəni, yalnız partiya siyahıları ilə seçilir. Ermənistan parlamentinin 9-cu çağırışında yerlər uğrunda 18 siyasi qüvvə mübarizə aparır: 16 partiya və 2 blok. Partiyaların parlamentə keçmək üçün həddi 4 faiz, bloklar üçün isə 8 faiz olaraq müəyyən edilib. Yekun seçki nəticələri hesablanarkən etibarsız və qəsdən korlanmış bülletenlər sadəcə olaraq buraxılır və nəzərə alınmır. Partiyaların aldığı faizlər yalnız etibarlı bülletenlərin ümumi sayı əsasında müəyyən edilir.

Paylaş:
Baxılıb: 57 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Analitik

Növbə kimindir?

06 İyun 10:35

Analitik

1 gün qaldı...

06 İyun 10:12

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

06 İyun 08:32  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30