Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / ABŞ-nin Vitse-prezidenti: Razılaşmalar pozularsa, İrana qarşı zərbələr bərpa edilə bilər

ABŞ-nin Vitse-prezidenti: Razılaşmalar pozularsa, İrana qarşı zərbələr bərpa edilə bilər

16.06.2026 [10:19]

ABŞ administrasiyası Tehranın razılaşmanın şərtlərinə əməl etmədiyi qənaətinə gələrsə, İrana qarşı hərbi zərbələri bərpa edə və dəniz blokadasını yenidən tətbiq edə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Vitse-prezident Cey. Di. Vens “Fox News” telekanalına müsahibəsində ABŞ-nin belə addımlar atmasının mümkün olub-olmaması ilə bağlı suala cavab verərkən danışıb.

“Bu, mümkündür və blokadaya qayıdış demək ola bilər. Bu, bir çox variantları ehtiva edə bilər”, – deyə Vens bildirib.

Vitse-prezident qeyd edib ki, ABŞ bu məsələdə atılacaq addımları özü müəyyən edəcək.

“Bütün seçimlər bizim ixtiyarımızdadır. Əgər onlar razılaşmalara əməl etməsələr, hansı tədbirlərin görüləcəyinə biz qərar verəcəyik”, – deyə o vurğulayıb.

Paylaş:
Baxılıb: 68 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30