Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Berlində supermarketdə qadını girov götürən şəxs 12 saatlıq əməliyyatdan sonra saxlanılıb

Berlində supermarketdə qadını girov götürən şəxs 12 saatlıq əməliyyatdan sonra saxlanılıb

11.07.2026 [14:25]

Berlində supermarketlərdən birində silahlı insident baş verib.

AZƏRTAC xəbər verir ki, polisin məlumatına əsasən, bıçaqla silahlanmış naməlum şəxs mağazada qadını girov götürüb. Hadisə yerinə xüsusi təyinatlı polis qüvvələri, xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub. Hüquq-mühafizə orqanlarının əməkdaşları girov götürən şəxslə danışıqlar apararaq, vəziyyəti dinc yolla həll etməyə çalışıblar.

Xüsusi təyinatlı qüvvələrin təxminən 12 saat davam edən əməliyyatı nəticəsində həmin şəxs səhər saatlarında zərərsizləşdirilib, girov götürülmüş qadın azad edilib. İlkin məlumata görə qadın supermarketin əməkdaşıdır.

Hadisə ilə bağlı araşdırma aparılır.

Paylaş:
Baxılıb: 73 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31