Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Bu gün dövlət qulluğuna qəbul üzrə test imtahanı olacaq

Bu gün dövlət qulluğuna qəbul üzrə test imtahanı olacaq

02.08.2026 [08:59]

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə qrupu üzrə qəbul imtahanı keçirəcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak etmək üçün 1125 namizəd qeydiyyatdan keçib.

Namizədlər imtahana şəxsiyyətini təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi” ilə gəlməlidirlər.

İmtahan iki növbədə təşkil olunacaq. Birinci növbə saat 10:00-da, ikinci növbə isə saat 16:00-da başlayacaq. Müvafiq olaraq, saat 09:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaqlar.

İmtahanın təşkili üçün 12 zal administratoru, 73 nəzarətçi və 11 buraxılış rejimi əməkdaşı cəlb edilib.

Paylaş:
Baxılıb: 24 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31