Dünyanın ən böyük neft emalı zavodu
04.08.2026 [20:26]
Çoxları elə bilir ki, sutkada 550 min barel neft emal edən Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkətinə məxsus zavod dünyanın ən böyük neft emalı zavodudur. Lakin Hindistanın Camnaqar neft emalı zavodu dünyanın ən böyük neft emalı zavodudur.
AZƏRTAC xəbər verir ki, Hindistanın Qucarat ştatının Camnaqar şəhərində yerləşən bu zavodun ərazisi 3 min hektardan çoxdur. Zavodda sutkada 70 milyon ton neft emal edilir. Müqayisə üçün qeyd edək ki, Rusiyanın ən böyük Omsk neft emalı zavodu 22 milyon ton neft emal edir.
Hindistandakı zavodun ətrafında 100 mindən çox manqo ağacı əkilib ki, bunun da məhsulu bazara çıxarılaraq əlavə gəlir gətirir.
Zavod Hindistanın ən böyük şirkəti olan “Relience Industries Limited” şirkətinə məxsusdur. Şirkətin sahibi isə dünyanın ən varlı adamlarından biri olan Mukeş Ambanidir. “Forbes” jurnalına görə, M.Ambaninin şəxsi sərvəti 29 milyard dolları ötüb.
1999-cu ildə istismara verilən bu nəhəng zavod Hindistanın idxal etdiyi neftin 70 faizini emal edilir. Zavodun istehsal etdiyi benzin, dizel və aviasiya yanacağı daxili bazarla yanaşı, dünyanın 100-dən çox ölkəsinə ixrac edilir. Zavodun xüsusiliyi ondan ibarətdir ki, ucuz və ağır xam neftdən keyfiyyətli neft-kimya məhsulları istehsal edir.
Zavodda 2005-ci, 2015-ci və 2016-ci illərdə işçilərlə rəhbərlik arasında güclü qarşıduramalar yaşanıb. 50 mindən çox işçisi olan zavodun rəhbərliyi onların rahatlığını təmin etmək üçün yaxınlıqda yaşamaq üçün evlər tikdirib. Hər iğtişaşlarda rəhbərlik tam da olmasa işçilərin tələblərini qismən yerinə yetirib.
Camnaqar neft emalı zavodunda dünyanın ən böyük istixana qazı emissiyası formalaşır. Beynəlxalq mütəxəssislərin hesablamasına görə, 2022-ci ildə onun emissiyaları 19,76 milyon ton olub. Beynəlxalq təzyiqlərə baxmayaraq, Hindistan zavodun maraqlarını qoruyaraq emissiyanın azalması üçün addımlar atmır.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07

