Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İtaliyanın 27 şəhərində anomal istilərlə bağlı qırmızı xəbərdarlıq elan edilib

İtaliyanın 27 şəhərində anomal istilərlə bağlı qırmızı xəbərdarlıq elan edilib

05.08.2026 [13:29]

İtaliyanın 27 şəhərində anomal istilərlə bağlı qırmızı xəbərdarlıq elan edilib.

AZƏRTAC İtaliyanın ANSA agentliyinə istinadla xəbər verir ki, ölkədə davam edən həddindən artıq istilər gündəlik həyata mənfi təsir göstərir.

İtaliya Səhiyyə Nazirliyinin dərc etdiyi bülletenə görə, artıq 25 şəhərə şamil edilən 3-cü səviyyəli qırmızı xəbərdarlıq sisteminə daha iki şəhər əlavə edilib. Həmin şəhərlərin bəzi ərazilərində temperaturun 40 dərəcə Selsiyə çatacağı və istiliyin bir həftə davam edəcəyi proqnozlaşdırılır.

Səhiyyə Nazirliyi bildirib ki, “3-cü səviyyə” qırmızı xəbərdarlıq uzun müddət davam edən həddindən artıq istiliyin bütün əhali üçün sağlamlıq riski yaratdığı anlamına gəlir. Nazirlik əlavə edib ki, xəbərdarlıq təkcə yaşlılara, uşaqlara və xroniki xəstəlikləri olanlara deyil, həm də sağlam insanlara aiddir.

İtaliya bu il artıq dördüncü dəfədir ki, şiddətli isti hava dalğasına məruz qalır. Anomal istilər iyul ayında ölümlərə səbəb olub.

Paylaş:
Baxılıb: 45 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31