Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Fransada meşə yanğınları ilə bağlı 402 nəfərin saxlanıldığı açıqlanıb

Fransada meşə yanğınları ilə bağlı 402 nəfərin saxlanıldığı açıqlanıb

05.08.2026 [13:54]

Fransanın daxili işlər naziri Loran Nünez ölkədə baş verən meşə yanğınları ilə bağlı aparılan istintaq çərçivəsində indiyədək 402 nəfərin saxlanıldığını bildirib.

AZƏRTAC xəbər verir ki, nazir Fransanın bir neçə regionunu əhatə edən yanğınlarla bağlı keçirilən brifinqində deyib ki,

saxlanılan şəxslər qəsdən və ya ehtiyatsızlıqdan yanğın törətməkdə şübhəli bilinirlər.

Loran Nünez yanğınların son dərəcə güclü olduğunu vurğulayaraq, xüsusilə küləkli hava şəraitinin alovun sürətlə yayılmasına səbəb olduğunu və fövqəladə xidmətlərin vəziyyəti nəzarətdə saxlamaq üçün səfərbər edildiyini vurğulayıb.

Qeyd edək ki, ən çox zərər görən departamentlərdən biri olan Varda bir neçə yanğın ocağı hələ də diqqətlə izlənilir. Prefektin verdiyi məlumata görə, Korans kommunasının ərazisinin 52 faizi alovdan zərər çəkib.

Bu arada, qəsdən törədilmiş yanğın şübhələri ilə əlaqədar bəzi bələdiyyələr profilaktik tədbirlər görüb. Ameli-le-Ben-Palalda kommunasında mer yaşı 15-dən az olanlar üçün sentyabrın 1-dək komendant saatı tətbiq edib.

Xilasetmə və təhlükəsizlik qüvvələri yanğınların fəsadlarını minimuma endirmək və alovun yaranmasına səbəb olan şəxsləri müəyyənləşdirmək məqsədilə fəaliyyətlərini davam etdirir.

Paylaş:
Baxılıb: 368 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30