Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Kiyev vilayətində matəm elan edilib

Kiyev vilayətində matəm elan edilib

05.08.2026 [21:28]

Kiyev vilayətinə avqustun 5-i gecəsi edilən kütləvi raket və dron hücumu nəticəsində yaralıların sayı 36 nəfərə çatıb, 16 mülki şəxs həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Kiyev Regional dövlət administrasiyasının rəhbəri Timur Tkaçenko “Telegram”da məlumat verib.

Tkaçenkonun sözlərinə görə, ən çox ziyan Brovarski rayonuna dəyib; burada Rusiya ordusu 10 nəfəri öldürüb, daha 16 sakin yaralanıb. On doqquz obyektə, o cümlədən yeddi anbar, bir sənaye müəssisəsi, üç fərdi ev, bir istixana və yeddi yük maşınına ziyan dəyib.

Buça rayonunda 5 nəfər həlak olub, daha 16 mülki şəxs yaralanıb. Qırx obyektə - beş anbar, bir fərdi ev və 34 nəqliyyat vasitəsinə ziyan vurulub.

Regional administrasiya rəhbəri vurğulayıb ki, Rusiyanın raket və dron hücumu qurbanları üçün Kiyev bölgəsində matəm elan edilib. Matəm əlaməti olaraq, Kiyev bölgəsində Ukraynanın Dövlət bayrağı yarıyadək endiriləcək və əyləncə tədbirləri məhdudlaşdırılacaq.

Paylaş:
Baxılıb: 334 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30