Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Özbəkistan ilk məsafədən zondlama peykini kosmosa buraxıb

Özbəkistan ilk məsafədən zondlama peykini kosmosa buraxıb

05.08.2026 [22:58]

Özbəkistan “Səmərqənd-2028” hiperspektral peykini uğurla kosmosa buraxıb. 

AZƏRTAC özbək mediasına istinadla xəbər verir ki, peyk Çinin STAR.VISION şirkəti ilə birgə hazırlanıb. O, Çinin Şandun əyalətinin sahillərindəki buraxılış platformasından kosmosa göndərilib. 

Özbəkistan Rəqəmsal Texnologiyalar Nazirliyi bildirib: “Layihənin bir hissəsi olaraq, “Özbəkkosmos” agentliyinin mütəxəssisləri hiperspektral məlumatların birbaşa peykdə emal olunmasına imkan verən süni intellekt modulu hazırlayıblar. Bu imkan məlumatların ötürülməsi və onların təhlilinin səmərəliliyini əhəmiyyətli dərəcədə artırır, eyni zamanda süni intellektin kosmik texnologiyalarda praktik tətbiqini genişləndirir”.

Nazirliyin məlumatına görə, "Səmərqənd-2028" missiyası kosmik texnologiyaların kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, təbii sərvətlərin monitorinqi, su ehtiyatlarının idarə edilməsi, fəlakət risklərinin azaldılması, şəhərsalma və digər strateji əhəmiyyətli sektorlarda tətbiqini nəzərdə tutur. 

Missiya Özbəkistanın tarixində ən böyük beynəlxalq kosmik layihələrdən biridir və ölkənin milli kosmik proqramında əhəmiyyətli mərhələdir. O, həmçinin Özbəkistan və Çin arasında elmi-texnoloji əməkdaşlığı daha da gücləndirir.

Paylaş:
Baxılıb: 365 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30