Media: Nəhəng neft şirkətlərinin rüblük mənfəəti 93 milyard dolları ötüb
05.08.2026 [23:51]
Dünyanın ən böyük səkkiz neft şirkəti 2026-cı ilin ikinci rübündə (aprel-iyun) ümumilikdə 93 milyard dollara yaxın xalis mənfəət əldə edib.
AZƏRTAC “Spiegel” nəşrinə istinadla xəbər verir ki, “Guardian” qəzetinin “Saudi Aramco”, bp, “Shell”, “Equinor”, “TotalEnergies”, “Eni”, “Chevron” və “ExxonMobil” şirkətlərinin rüblük hesabatları əsasında apardığı araşdırmaya görə, onların ümumi mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfəyə yaxın artıb. Belə ki, 2025-ci ilin ikinci rübündə həmin göstərici təxminən 50 milyard dollar təşkil edib.
Qeyd olunur ki, maliyyə nəticələrinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına İran ətrafında hərbi gərginlik fonunda qlobal neft bazarında qiymətlərin yüksəlməsi mühüm təsir göstərib. Hesabat dövründə “Brent” markalı neftin qiyməti bəzi günlərdə 126 dollardan çox olub.
Ən yüksək mənfəəti Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Saudi Aramco” əldə edib. Şirkətin ikinci rübdə xalis mənfəəti 34 faiz artaraq 33 milyard dollardan çox olub.
Rüblük maliyyə göstəricilərinin açıqlanmasından sonra Avropa ölkələrində enerji şirkətlərinin böhran dövründə əldə etdikləri yüksək gəlirlərə əlavə verginin (windfall tax) tətbiqi ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Almaniya hökuməti belə mexanizmin hüquqi və konstitusion aspektlərinin qiymətləndirildiyini açıqlayıb. Eyni zamanda, Avropa İttifaqının bir sıra üzv dövlətləri böhran mənfəətinin vergiyə cəlb olunması ilə bağlı ümumi Avropa yanaşmasının formalaşdırılmasını dəstəkləyir.
Xəbər lenti
Hamısına baxDünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
Siyasət
06 Avqust 14:05
Sosial
06 Avqust 14:02
Siyasət
06 Avqust 13:54
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Sosial
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
İqtisadiyyat
06 Avqust 13:31
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Siyasət
06 Avqust 08:14
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19

