Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Son yüz ilin ən güclü “El-Nino”su Britaniyaya fırtınalı payız gətirə bilər

Son yüz ilin ən güclü “El-Nino”su Britaniyaya fırtınalı payız gətirə bilər

21.08.2026 [19:35]

Böyük Britaniyada bu payızın yağıntılı və fırtınalı keçəcəyi proqnozlaşdırılır.

AZƏRTAC xəbər verir ki, buna son yüz ilin ən güclüsü ola biləcəyi bildirilən “El-Nino” iqlim hadisəsinin səbəb olacağı gözlənilir. Böyük Britaniyanın Meteorologiya Xidmətinin (Met Office) məlumatına görə, okean sularında müşahidə olunan görünməmiş istiləşmə oktyabr-dekabr aylarında ölkədə güclü yağışlara səbəb ola bilər.

“El-Nino” Sakit okeanın tropik hissəsində suyun səth temperaturunun yüksəlməsi ilə əlaqəli təbii iqlim hadisəsidir və qlobal temperatur göstəricilərinə təsir edir. Proqnozlara əsasən, yaxın aylarda dəniz səthində temperatur normadan 3 dərəcədən çox yüksək ola bilər. Met Office bunun 19-cu əsrdən bəri qeydə alınan ən güclü “El-Nino” hadisəsinə çevrilə biləcəyini bildirib.

“Met Office”in uzunmüddətli proqnozlaşdırma üzrə rəhbəri professor Adam Skeyf noyabr ayında Böyük Britaniyada havanın orta hesabla mülayim, yağıntılı və fırtınalı olacağını bildirib. Onun sözlərinə görə, “El-Nino”nun pik həddə çatması qışın əvvəllərinə təsadüf edəcək.

Paylaş:
Baxılıb: 74 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Gündəm

Gündəm

CNN cavab verəcək!

20 Avqust 11:38

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31