Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Xorvatiya enerji qiymətlərinin sabit saxlanılması üçün dəstək tədbirlərini davam etdirir

Xorvatiya enerji qiymətlərinin sabit saxlanılması üçün dəstək tədbirlərini davam etdirir

11.09.2026 [15:32]

Xorvatiya hökumətinin yeni dəstək tədbirləri əhali üçün enerji xərclərinin sabit saxlanılmasına, biznesin fəaliyyətinin dəstəklənməsinə və kənd təsərrüfatı istehsalçılarının payız mövsümündə artan xərclərinin qismən kompensasiya edilməsinə yönəlib.

AZƏRTAC xəbər verir ki, Xorvatiyanın HRT telekanalının məlumatına görə, hökumətin tədbirləri vətəndaşlar üçün enerji qiymətlərində sabitlik, sahibkarlar üçün qısamüddətli planlaşdırma imkanları, fermerlər üçün isə əlavə maliyyə dəstəyi yaradır.

Xorvatiya Həmkarlar ittifaqları elektrik enerjisi və qaz xərclərinin məhdudlaşdırılmasına yönələn tədbirləri müsbət qiymətləndirir. Bununla yanaşı, onlar Yaxın Şərqdəki vəziyyətin pisləşməsinin enerji, nəqliyyat, ticarət və ərzaq qiymətlərinə əlavə təzyiq yarada biləcəyindən narahatdır.

Xorvatiya İşəgötürənlər Assosiasiyasının nümayəndələri də tədbirlərin qısa müddətdə şirkətlərə müəyyən sabitlik verdiyini bildirirlər. Bununla belə, iri enerji istehlakçılarının elektrik enerjisi qiymətlərindəki artımdan daha çox təsirləndiyi qeyd olunur. İşəgötürənlərin hesablamalarına görə, bazarda elektrik enerjisinin qiymətində altı ay ərzində təxminən 30 faizlik artım müşahidə olunub.

Kiçik istehlakçılar üçün tətbiq olunan dəstək mexanizmləri qiymət artımının bir hissəsini kompensasiya etsə də, böyük sənaye istehlakçıları üçün enerji xərclərinin rəqabət qabiliyyətinə təsiri daha ciddi olaraq qalır. Biznes dairələri yüksək enerji xərclərinin son nəticədə ayrı-ayrı məhsul və xidmətlərin qiymətlərinə də keçə biləcəyini bildirirlər.

Kənd təsərrüfatı sektoruna payız səpini üçün ayrıca 10 milyon avro həcmində dəstək nəzərdə tutulub. Fermerlərin ilin sonunadək hər hektara görə 70 avroyadək yardım ala biləcəyi bildirilir.

Xorvatiya mediası hökumətin tədbirlərini əhali və iqtisadiyyat üçün qısamüddətli rahatlıq kimi qiymətləndirir. Bununla belə, beynəlxalq enerji bazarlarında qiymətlərin yüksəlməsi və Yaxın Şərqdəki qeyri-müəyyənlik səbəbindən inflyasiya təzyiqlərinin tam aradan qalxmadığı vurğulanır.

Paylaş:
Baxılıb: 100 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Dağıntılardan yeni həyata

11 Sentyabr 08:37  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30