Yeni mərhələdə qarşımızda mühüm vəzifələr dayanır
10.09.2026 [18:19]
Sentyabrın 10-da Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının XII konfransı keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev hesabat məruzəsi ilə çıxış edib. O, Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, Ümummilli Lider Heydər Əliyevin siyasi irsindən, partiyanın ölkənin ictimai-siyasi həyatında tutduğu mühüm mövqedən bəhs edib. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vurğulanıb ki, 2021-ci il martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayından ötən dövr ərzində partiyanın fəaliyyətində yeni mərhələ başlanıb, təşkilati işin daha da təkmilləşdirilməsi və ərazi partiya təşkilatlarının fəaliyyətinin səmərəli qurulması istiqamətində mühüm addımlar atılıb. Yeni çağırışlar nəzərə alınmaqla YAP Gədəbəy rayon təşkilatının fəaliyyəti də ardıcıl və məqsədyönlü şəkildə təşkil edilib.
Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının sələhiyyətlərini icra edən Natiq Nağıyev Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında mühüm rolunu vurğulayıb. O, Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər, ölkədə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri və regionların sosial-iqtisadi inkişafından bəhs edib. N.Nağıyev YAP Gədəbəy rayon təşkilatının rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiyini bildirərək, təşkilatın gələcək fəaliyyətinə uğurlar arzulayıb.
YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib ki, Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır. Onun sözlərinə görə, fəaliyyət göstərdiyi dövr ərzində YAP öz Proqram və Nizamnaməsində nəzərdə tutulan vəzifələri layiqincə yerinə yetirib: “Bu baxımdan, Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul edilən qərarlar partiyanın qarşısında yeni vəzifələr müəyyənləşdirib”.
Konfransda cıxış edən Çobankənd kənd ərazi partiya təşkilatının sədri İlqar Abdullayev və Zəhmətkənd kənd tam orta ümumtəhsil məktəbinin direktor müavini Murad Bayramov Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı misilsiz nailiyyətlər, ölkəmizdə həyata keçirilən genişmiqyaslı abadlıq- quruculuq işləri və yeni dövrün hədəflərindən bəhs ediblər.
YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Araz Salmanov bildirib ki, Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatı hesabat dövründə qarşıya qoyulmuş vəzifələrə uyğun fəaliyyət göstərərək təşkilati işin daha da təkmilləşdirilməsi, ideoloji fəaliyyətin gücləndirilməsi və partiya üzvlərinin fəallığının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Vurğulanıb ki, yeni mərhələdə qarşımızda mühüm vəzifələr dayanır.
Konfransda YAP Gədəbəy rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11
YAP xəbərləri
06 Oktyabr 15:53
Siyasət
06 Oktyabr 15:52
YAP xəbərləri
06 Oktyabr 15:49
Sosial
06 Oktyabr 15:41
Dünya
06 Oktyabr 15:39
Siyasət
06 Oktyabr 15:23
Siyasət
06 Oktyabr 15:22
Siyasət
06 Oktyabr 15:10
YAP xəbərləri
06 Oktyabr 14:25
YAP xəbərləri
06 Oktyabr 14:22
Dünya
06 Oktyabr 14:18
YAP xəbərləri
06 Oktyabr 13:35
İdman
06 Oktyabr 13:32
YAP xəbərləri
06 Oktyabr 13:10
Siyasət
06 Oktyabr 13:07
Gündəm
06 Oktyabr 12:51
Siyasət
06 Oktyabr 12:32
Sosial
06 Oktyabr 12:27
İqtisadiyyat
06 Oktyabr 12:12
Hadisə
06 Oktyabr 12:11
Xəbər lenti
06 Oktyabr 12:10
İqtisadiyyat
06 Oktyabr 12:09
Siyasət
06 Oktyabr 11:58
YAP xəbərləri
06 Oktyabr 11:43
Müsahibə
06 Oktyabr 11:23
YAP xəbərləri
06 Oktyabr 11:22
YAP xəbərləri
06 Oktyabr 11:20
İqtisadiyyat
06 Oktyabr 10:47
Siyasət
06 Oktyabr 10:14
Analitik
06 Oktyabr 09:40
Analitik
06 Oktyabr 09:22
Sosial
06 Oktyabr 08:52
Sosial
06 Oktyabr 08:37
Gündəm
06 Oktyabr 08:10
Dünya
06 Oktyabr 00:14
Dünya
05 Oktyabr 23:58
Dünya
05 Oktyabr 23:32
Dünya
05 Oktyabr 22:47
Dünya
05 Oktyabr 22:22
Siyasət
05 Oktyabr 22:14
Dünya
05 Oktyabr 21:57
Dünya
05 Oktyabr 21:24
Xarici siyasət
05 Oktyabr 21:10
Dünya
05 Oktyabr 21:03
Dünya
05 Oktyabr 20:47
Dünya
05 Oktyabr 20:22
Dünya
05 Oktyabr 20:00
Dünya
05 Oktyabr 19:57
Dünya
05 Oktyabr 18:09

