Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Fransada hər dörd nəfərdən biri iqtisadi çətinlik içindədir

Fransada hər dörd nəfərdən biri iqtisadi çətinlik içindədir

11.09.2026 [14:19]

Fransada iqtisadi çətinlik yaşayan insanların sayı artır. “Secours populaire” assosiasiyasının Bazar araşdırmaları və rəy sorğusu İnstitutu (Ipsos) ilə birgə hazırladığı 2026-cı il barometrinə görə, fransızların 26 faizi özünü iqtisadi baxımdan həssas vəziyyətdə hesab edir. Bu göstərici bir il ərzində 6 faiz artıb.

AZƏRTAC xəbər verir ki, araşdırma inflyasiya və enerji qiymətlərinin yüksəlməsinin sosial vəziyyəti daha da ağırlaşdırdığını göstərir. İşləyənlərin 40 faizi əmək gəlirlərinin bütün xərclərini qarşılamağa kifayət etmədiyini bildirir.

Enerji xərcləri ailə büdcəsinə ciddi təzyiq göstərir. Fransızların 79 faizi enerji ödənişlərinin büdcələri üçün böyük yük olduğunu deyir. Respondentlərin 26 faizi enerji haqqını ödəmək üçün ərzaq və səhiyyə kimi vacib xərclərdən imtina edib.

Maddi sıxıntı gündəlik qidalanmaya da təsir göstərir, 37 faiz sağlam və gündə üç dəfə qidalanmaq imkanının olmadığını, 29 faiz isə ac olduğu halda yeməkdən imtina etdiyini bildirib. Təxminən hər üç nəfərdən biri tibbi xidmətdən də imtina edir.

Mənzil və nəqliyyat xərcləri də vəziyyəti ağırlaşdırır. Fransızların 33 faizi mənzil xərclərini, 46 faizi isə yanacaq və ictimai nəqliyyat ödənişlərini qarşılamaqda çətinlik çəkir.

Fransızların 51 faizi son dövrdə maddi səbəblərdən ən azı bir məhrumiyyət yaşayıb. Bu göstərici Almaniya və Böyük Britaniyada 43, İtaliyada isə 42 faizdir.

Paylaş:
Baxılıb: 65 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Dağıntılardan yeni həyata

11 Sentyabr 08:37  

Analitik

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30