Uğurların təməlində xalqın dəstəyi dayanır
11.09.2026 [11:30]
Sentyabrın 10-da Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının XII konfransı keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli hesabat məruzəsi ilə çıxış edib. O, təşkilatın fəaliyyətinin qarşıya qoyulmuş vəzifələrə uyğun qurulduğunu, ərazi partiya təşkilatları ilə işin əlaqələndirilməsi, üzvlərin fəallığının artırılması, yeni üzvlərin partiya sıralarına cəlb olunması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib. Qeyd olunub ki, Naxçıvan şəhərində partiyanın ictimai-siyasi proseslərdə fəal iştirakının təmin olunması, ideoloji fəaliyyətin gücləndirilməsi və gənclərlə işin genişləndirilməsi diqqət mərkəzində saxlanılıb.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Anar Babayev Naxçıvan şəhərində həyata keçirilən abadlıq-quruculuq işlərindən, sosial-iqtisadi sahədə əldə olunan nəticələrdən danışıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin Naxçıvanın hərtərəfli inkişafına yeni imkanlar yaratdığını vurğulayıb. Bildirilib ki, şəhərdə sosial infrastrukturun yenilənməsi, əhalinin məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirilir. A.Babayev YAP Naxçıvan şəhər təşkilatının ictimai-siyasi fəallığını yüksək qiymətləndirib.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında oynadığı roldan və dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə verdiyi töhfələrdən danışıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin milli həmrəyliyin və məqsədyönlü dövlət siyasətinin nəticəsi olduğunu bildirib. Qeyd olunub ki, ərazi bütövlüyünün və suverenliyin tam bərpası Azərbaycanın qarşısında yeni inkişaf perspektivləri yaradıb. Vurğulanıb ki, partiyanın bundan sonrakı fəaliyyətində də dövlətçilik maraqlarının, milli həmrəyliyin və ictimai fəallığın möhkəmləndirilməsi əsas istiqamətlərdən olacaqdır.
AMEA-nın Naxçıvan Bölməsi ərazi partiya təşkilatının sədri Zeynəb Quliyeva, partiya veteranı Nazim Bayramov, partiya üzvləri Yusif Mirzəzadə və Aygül Xəlilova çıxışlarında Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, partiyanın formalaşmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edib. Vurğulanıb ki, YAP xalqın böyük etimadını qazanaraq Azərbaycanın ictimai-siyasi həyatında aparıcı siyasi qüvvəyə çevrilib və bu uğurların təməlində xalqın dəstəyi dayanır.
YAP Mərkəzi Aparatının Siyasi təhlil, maarifləndirmə və seçkilərlə əlaqədar iş şöbəsinin müdir müavini Asif İmaməliyev partiyanın 2021-ci il martın 5-də keçirilən VII qurultayından sonra qazanılan uğurlara və qarşıdakı dövr üçün müəyyənləşdirilən vəzifələrə toxunub. O, siyasi maarifləndirmə işinin, üzvlərin ictimai-siyasi proseslərdə fəal iştirakının sistemli şəkildə təşviq edilməsinin əhəmiyyətini qeyd edib. Bildirilib ki, YAP Naxçıvan şəhər təşkilatı hesabat dövründə fəaliyyətini müəyyənləşdirilmiş istiqamətlər üzrə quraraq təşkilati işin daha da təkmilləşdirilməsi və partiya üzvlərinin fəallığının artırılması sahəsində uğurla fəaliyyət göstərib.
Konfransda YAP Naxçıvan şəhər təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Xəbər lenti
Hamısına baxGündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Gündəm
15 Sentyabr 12:22
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34
Elm
14 Sentyabr 16:31
YAP xəbərləri
14 Sentyabr 16:25
Dünya
14 Sentyabr 16:22
YAP xəbərləri
14 Sentyabr 16:04
Dünya
14 Sentyabr 15:50
YAP xəbərləri
14 Sentyabr 15:47
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Siyasət
14 Sentyabr 15:45
Dünya
14 Sentyabr 15:34
Dünya
14 Sentyabr 14:59
YAP xəbərləri
14 Sentyabr 14:51
YAP xəbərləri
14 Sentyabr 14:26
Hadisə
14 Sentyabr 14:20
İqtisadiyyat
14 Sentyabr 14:19
YAP xəbərləri
14 Sentyabr 13:59
YAP xəbərləri
14 Sentyabr 13:54
YAP xəbərləri
14 Sentyabr 13:50
YAP xəbərləri
14 Sentyabr 13:46
Dünya
14 Sentyabr 13:45
YAP xəbərləri
14 Sentyabr 13:44
Dünya
14 Sentyabr 13:18
Dünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40
Gündəm
14 Sentyabr 12:32
Dünya
14 Sentyabr 12:20
Elm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39

