Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Yəmən ordusu husilərin mövqelərinə hücumları gücləndirib

Yəmən ordusu husilərin mövqelərinə hücumları gücləndirib

16.09.2026 [12:46]

Beynəlxalq səviyyədə tanınmış Yəmən hökumətinin silahlı qüvvələri bir neçə cəbhədə husilərin mövqelərinə hücumları gücləndirib.

AZƏRTAC xəbər verir ki, EFE agentliyinin məlumatına görə, Marib və Taiz əyalətlərində husilərin nəzarətində olan ərazilər atəşə tutulub. Həmçinin Mocha və Dubab şəhərləri yaxınlığındakı təchizat yolları hədəfə alınıb.

Yəmən ordusu ölkənin qərb sahili boyunca da zərbələri davam etdirir.

Qeyd olunur ki, ötən həftə husilər hökumət qüvvələrinə qarşı hücuma keçərək Qırmızı dəniz sahilində və Bab əl-Məndəb boğazına bitişik ərazilərdə mövqelərini genişləndiriblər.

“Politico”nun məlumatına görə, Səudiyyə Ərəbistanı husilərə qarşı mübarizədə ABŞ-dən yardım istəyib.

Paylaş:
Baxılıb: 70 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Siyasət

22-ci səfər...

16 Sentyabr 11:39  

İqtisadiyyat

Siyasət

Analitik

Sosial

Sosial

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30