Ankara-Dəməşq: təhlükəsizlik gündəliyindən iqtisadi tərəfdaşlıq mərhələsinə keçid
16.09.2026 [09:17]
Ərdoğan Dəməşqə gedəcək
Yaxın Şərq və ümumilikdə region son illərdə mürəkkəb geosiyasi proseslərin, təhlükəsizlik çağırışlarının və yeni siyasi reallıqların formalaşdığı məkan kimi diqqət çəkir. Belə bir şəraitdə Türkiyənin həyata keçirdiyi fəal və çoxşaxəli siyasət onun regional proseslərdəki rolunu əhəmiyyətli dərəcədə gücləndirib. Ankara yalnız öz milli təhlükəsizliyinin təmin olunması deyil, eyni zamanda yerləşdiyi coğrafiyada davamlı sülhün, sabitliyin və iqtisadi inkişafın təşviqi istiqamətində ardıcıl addımlar atır. Türkiyənin diplomatik imkanları, iqtisadi potensialı və təhlükəsizlik sahəsindəki təsir imkanları onu regionun aparıcı aktorlarından birinə çevirib.
Bu baxımdan Suriya istiqaməti xüsusi əhəmiyyət daşıyır. Uzun müddət qarşıdurma və qeyri-sabitliklə xarakterizə olunan Suriya ilə Türkiyə arasında münasibətlər son dövrdə yeni mərhələyə qədəm qoyub. Siyasi dialoqun intensivləşməsi, qarşılıqlı təmasların artması və yüksək səviyyəli səfərlər Ankara-Dəməşq münasibətlərində yeni yanaşmaların formalaşdığını göstərir. Qarşılıqlı səfərlər yalnız diplomatik protokol xarakteri daşımır, həm də tərəflərin təhlükəsizlik, terrorla mübarizə, sərhəd məsələləri, iqtisadi əməkdaşlıq və Suriyanın gələcək inkişafı ilə bağlı mövqelərinin yaxınlaşdırılması baxımından mühüm platformaya çevrilir.
Türkiyənin bu prosesdə əsas məqsədlərindən biri Suriyanın ərazi bütövlüyünün və sabitliyinin möhkəmlənməsinə, ölkədə normal həyatın və iqtisadi fəaliyyətin bərpasına şərait yaratmaqdır. Bu siyasət Ankaranın regionda yalnız hadisələrə reaksiya verən deyil, proseslərin istiqamətinə təsir göstərən aparıcı güc kimi mövqeyini daha da möhkəmləndirir.
İki günlük səfər
Qeyd edildiyi kimi, əlaqələrin dinamik hal alması qarşılıqlı təmaslarla da bağlıdır. Xatırladaq ki, ötən ay Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani Türkiyəyə səfər etmişdi. Bu dəfə isə Türkiyənin xarici işlər naziri Hakan Fidan Dəməşqi ziyarət edib. Sentyabrın 13-də Suriyaya gələn Türkiyə XİN başçısı iki gün ərzində bir neçə görüş keçirib. O, Suriya Prezidenti Əhməd əl-Şaraa tərəfindən qəbul edilib. Qəbulda ikitərəfli münasibətlərin detalları müzakirə olunub, siyasi-iqtisadi əlaqələrin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Fidan Dəməşq rəhbərliyi ilə münasibətlərin son iki ildə əhəmiyyətli dərəcədə inkişaf etdiyini və YPG-nin dağıdılması qərarının yerindəcə tətbiq edilməli olduğunu bildirib. Fidan Prezident Rəcəb Tayyib Ərdoğanın yaxın gələcəkdə Suriyaya səfər etməyi planlaşdırdığını söyləyib. Fidan Ərdoğanın səfərdən əvvəl Yüksək Planlaşdırma Qrupunun görə biləcəyi işləri nəzərdən keçirdiyini söyləyərək, bu səfərin əhəmiyyətini vurğulayıb.
“Suriyanın yenilənməsi bölgəyə sabitlik və sülh gətirib”
Xarici işlər naziri Hakan Fidan Suriyaya səfəri çərçivəsində Dəməşqdə Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani və daxili işlər naziri Enes Hattab ilə də üçlü görüş keçirib. Bildirilib ki, yeni Suriya bölgəyə sabitlik gətirir. Qeyd olunub ki, Suriya-Türkiyə münasibətləri son iki ildə əhəmiyyətli dərəcədə inkişaf edib. Suriya təkcə Türkiyə ilə deyil, həm də dünya ilə yeni bir başlanğıc etməli olub. Suriyanın yenilənməsi bölgəyə sabitlik və sülh gətirib. Suriya dövləti və hökuməti bütün sahələrdə region ölkələriylə əməkdaşlığı inkişaf etdirmək üçün böyük səylər göstərir. Vurğulanıb ki, Suriyanın hər gün yaralarını getdikcə daha çox sağaltdığını görürük. Bölgəmizdəki bütün müharibələr, Suriyada olduğu kimi, bir-bir başa çatacaq.
İkitərəfli ticarətin həcmi 10 milyarda çatdırılacaq...
Müzakirələrdə YPG məsələsinə də toxunulub. Bildirilib ki, YPG-nin silahları yerə qoyaraq özünü buraxma qərarı barədə bəyannaməsi vacib və dəyərli hesab olunur. Nazir Fidan qeyd edib ki, bu addım təxirə salınmadan tətbiq olunmalı, yerindəcə həyata keçirilməlidir. Bu, Suriya hökumətinin konstruktiv səylərinə konstruktiv cavabdır: “Suriyanın hər gün iqtisadi cəhətdən inkişaf etdiyini görürük. Bu, təkcə Suriya xalqı üçün deyil, həm də bölgə üçün vacib xəbərdir”.
Üçtərəfli görüş zamanı iki ölkə arasında əlaqələr və müxtəlif sahələrdə davam edən əməkdaşlıq, regional və qlobal arenada baş verən son hadisələr müzakirə olunub. Fidan bildirib ki, Kürd vətəndaşlarının inteqrasiya prosesində daha inamlı və firavan olmasını gözləyirik: “Türkiyə bu mövzuda böyük həssaslıq göstərir. ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxardı. Bu, xüsusilə investorlar üçün vacib xəbərdir. Biz onları təbrik edirik. Suriyanın nüvə dosyesi də bağlanıb. Türkiyə olaraq bu mövzuda hər cür konstruktiv töhfələr verməyə çalışırıq”.
Vurğulanıb ki, ikitərəfli ticarət həcminin 10 milyard dollara çatdırılması hədəflənir. Hörmüz boğazındakı son hadisələrdən sonra Suriyanın bu məsələdə mühüm rol oynayacağına inam artır. “Türkiyə vasitəsilə Avropaya bağlı bir Suriya var. Bunu praktik olaraq avtomobil yolları və dəmir yollarının çəkilməsi yolu ilə həyata keçirməyi hədəfləyirik. Suriyanın iqtisadi cəhətdən gündən-günə inkişaf etdiyini görürük. Bu, təkcə Suriya xalqı üçün deyil, həm də region üçün vacib xəbərdir”, - deyə XİN başçısı qeyd edib.
Səfərdən gözləntilər...
Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın yaxın vaxtlarda Dəməşqə planlaşdırılan səfəri Türkiyə - Suriya münasibətlərində yeni mərhələnin siyasi baxımdan rəsmiləşdirilməsi kimi qiymətləndirilir. Türkiyə xarici işlər naziri Hakan Fidan Dəməşqdə olan zaman səfərlə bağlı planlardan söhbət açıb və hazırda səfərin detalları üzərində iş aparıldığını bildirib.
Politoloqların mümkün yanaşmalarına görə və Hakan Fidanın səfəri zamanı önə çıxan əsas prioritetlərdən biri kimi səfərdən ilk gözlənti təhlükəsizlik və terrorla mübarizə sahəsində daha konkret mexanizmlərin formalaşdırılmasıdır. Xüsusilə YPG/SDG qüvvələrinin Suriya dövlət strukturlarına inteqrasiyası məsələsinin praktiki mərhələyə keçirilməsi Ankara üçün əsas prioritetlərdən biri ola bilər. Digər bir əsas gözlənti isə Türkiyənin Suriyanın yenidən qurulmasında iştirakının genişlənməsidir. Səfər zamanı iqtisadiyyat, enerji, nəqliyyat, ticarət və infrastruktur layihələri üzrə yeni razılaşmaların əldə olunması ehtimalı yüksək qiymətləndirilir. Beləliklə, Ankara-Dəməşq münasibətləri təhlükəsizlik gündəliyindən iqtisadi tərəfdaşlıq mərhələsinə keçid edə bilər.
Siyasi mütəxəssislər onu da qeyd edirlər ki, səfər çərçivəsində Prezident Ərdoğan Suriyanın regional və beynəlxalq mövqeyinin möhkəmləndirilməsi baxımından da mühüm siyasi mesajlar səsləndirə bilər. O baxımdan ki, Türkiyə Suriyanın ərazi bütövlüyünü dəstəkləməklə yanaşı, Dəməşqin dövlət institutlarının gücləndirilməsində də daha fəal rol oynamiaq niyyətindədir. Bu isə Ankaranın Suriyada uzunmüddətli strateji mövcudluğunun yeni formatını müəyyənləşdirə bilər.
Nəhayət, bəzi analitiklər səfərin Türkiyə-Suriya münasibətlərindən daha geniş regional nəticələr doğuracağını gözləyirlər. Çünki hazırda Türkiyənin Suriyadakı fəallığı İsrail və digər regional aktorlarla münasibətlərə də təsir edir. Beləliklə, Ərdoğanın Dəməşq səfəri sadəcə ikitərəfli münasibətlərin deyil, Yaxın Şərqdə yeni təhlükəsizlik və əməkdaşlıq arxitekturasının formalaşmasında mühüm siyasi hadisəyə çevrilə bilər.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxAnalitik
16 Sentyabr 09:45
Analitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Gündəm
15 Sentyabr 18:37
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23

