Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Ermənilərin diplomatlara qarşı əsassız hücumu

Ermənilərin diplomatlara qarşı əsassız hücumu

16.09.2026 [12:24]

Torpaqlarımız erməni işğalından azad etdikdən sonra Qarabağ  və Şərqi Zəngəzurda  möhtəşəm quruculuq işləri həyata keçirilir. 30 illik işğal dövründə  həmin ərazilər tamailə dağıdılıb, əsl vandalizm həyata keçirilib. Ona görə də, dövlətimiz üçün bu gün başlıca prioritet Qarabağ və Şərqi Zəngəzurda quruculuq və bərpa işlərini ən yüksək səviyyədə həyata keçirməkdir. 

Hazırda azad edilmiş dogma yurdlarımıza xarici qonaqlar da səfərlər edirlər. Eləcə də, ölkəmizdəki diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərləri təşkil olunur. Sentyabrın 11-12-də də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfəri baş tutub. Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edib. Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndi və Şuşa şəhərlərində, Ağdərə və Kəlbəcər rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq və inkişaf prosesi çərçivəsində reallaşdırılan sosial və iqtisadi infrastruktur layihələri, eləcə də tarixi-mədəni irs nümunələrinin mövcud vəziyyəti, onların qorunması və bərpası istiqamətində görülən tədbirlərlə tanış olublar. Bu, diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə 2020-ci ildən etibarən sayca 22-ci səfəridir.

Lakin diplomatların Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri Ermənistanda ciddi “narahatlıq” doğurub. Belə ki, erməni mediasında və sosial şəbəkələrdə diplomatlar bu səfərə görə əsassız olaraq hədəfə alınırlar. Əlbəttə, bütün bunlar tamamilə  qəbulolunmazdır. İlk növbədə, diplomatlar Azərbaycanın beynəlxalq hüquq çərçivəsində tanınan ərazilərinə səfər edib. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Diplomatların səfəri də bu faktı bir daha təsdiqləyir. Əslində, ermənilər narahat olmalıdırlar ki, xarici diplomatlar onların 30 il işğal altında saxladığı torpaqlarımızda necə vandalizm törətdiklərinin şahidi olurlar. 

Tarixin saxtalaşdırlması isə ermənilər üçün bir “ənənədir”. Son günlər erməni mediasında diplomatların ziyarət etdiyi məbədlərin də guya ermənilərə məxsus olduğunu iddia edirlər. Amma necə ola bilər ki, Ermənistan Gəncəsər və Xudavəngi erməni irsi kimi təqdim edir, lakin öz ərazisində Azərbaycan tarixi-mədəni irsinin mövcudluğunu inkar edir. Əslində,  belə narrativ formalaşdırılır ki, guya Azərbaycan ərazisində tarixən ermənilər yaşayıb, lakin müasir Ermənistan ərazisində  azərbaycanlılar yaşamayıb. Bu, özlüyündə rasist yanaşmadır. Ermənilərdən fərqli olaraq Azərbaycanın ərazisindəki bütün tarixi və mədəni abidələr Azərbaycan dövlətinə və xalqına məxsusdur, dövlət tərəfindən bütün məsuliyyəti ilə qorunur.

Görünən odur ki, erməni cəmiyyətinin  daxilindəki revanşist qüvvələr yalnız  müxalifəti təmsil etmir. Proseslər də göstərir ki, yayılan bu məlumatlar və kampaniya arxasında Ermənistan hakimiyyəti dayanır. Belə ki, mətbuatda və sosial şəbəkələrdə bir çox paylaşımlar və yazılar məhz hakim partiyaya yaxın resurslarda yayılıb.  Bütün bunlar rəsmi İrəvanın sülh prosesində bir daha qeyri-səmimi olduğunu nümayiş etdirir. Əslində, 44 günlük müharibə başa çatandan sonra Ermənistan hakimiyyəti xarici havadarlarının dəstəyi ilə regionda gərginliyi saxlamağa çalışır və bu məqsədlə  Qarabağ separatçılarını silahlandırırdı. 2023-cü ildən sonra isə Paşinyan hakimiyyətinin sadəcə olaraq sülhə getməkdən başqa yolu qalmamışdı. Yəni Ermənistan məğlub olunaraq sülhə məcbur edilib. 
Bu gün Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması və zəngin mədəni irs yaratması faktını hər vəchlə danmağa çalışır. Ermənistan Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi – tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıdıb. Regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, yenidən yazmaq məqsədi daşıyan belə destruktiv addımlar dözümsüzlük və irqçilikdən başqa bir şey deyil. Ermənilərin Azərbaycan mədəniyyət abidələrini qəsdən məhv etməsi və Azərbaycan xalqının indiki Ermənistan ərazisindəki mədəni izlərini silməsi, beynəlxalq hüququn, o cümlədən 1954-cü il Haaqa Konvensiyası və UNESCO-nun müvafiq qərarlarının kobud şəkildə pozulmasıdır. Beynəlxalq birlik bu məsələdə öz mövqeyini ortaya qoymalıdır. Xalqımızın zəngin irsinin min illərlə yaşadığı torpaqlardan silinməsi cəhdi yolverilməzdir.

Musa MUSAYEV
YAP Təftiş Komissiyasının üzvü, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü

Paylaş:
Baxılıb: 252 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Siyasət

22-ci səfər...

16 Sentyabr 11:39  

İqtisadiyyat

Siyasət

Analitik

Sosial

Sosial

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30