Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

30.09.2026 [17:25]

Fransanın Baş naziri Sebastyan Lökornünün müraciətindən sonra Paris prokurorluğu 2027-ci il büdcəsinin hazırlanması ilə bağlı məlumatların mətbuata sızması üzrə araşdırmaya başlayıb. Söhbət peşə sirrinin pozulması və etimaddan sui-istifadə ehtimallarından gedir.

AZƏRTAC xəbər verir ki, prokurorluğun məlumatına görə, büdcə layihəsinin hazırlanması ilə bağlı ilkin və məxfi iş sənədlərinə istinad edən iki məqalə dərc olunub. Sentyabrın 7-də Lökornü “Les Echos” qəzetində dərc olunan məlumatlardan sonra məsələ ilə bağlı məhkəməyə müraciət etdiyini açıqlamışdı. Həmin xəbərlərdə hökumətin əməkdaşların mənfəətdə iştirak və yığım planlarına işəgötürənlər tərəfindən edilən ödənişlərin bir hissəsini sosial ödənişlərə cəlb etməyi nəzərdən keçirdiyi bildirilirdi.

Baş nazirin müraciətindən sonra prokurorluq ilkin araşdırma başladıb və işi müvafiq polis bölməsinə həvalə edib. Nazirlər Kabineti isə bu cür sızmaların ölkənin iqtisadi həyatına təsir göstərə biləcəyini bildirərək, müraciətin mətbuata qarşı yönəlmədiyini vurğulayıb.

Bununla yanaşı, jurnalist təşkilatları mənbələrin məxfiliyinin qorunması məsələsindən narahatlıq ifadə ediblər. Milli Jurnalistlər Sindikatı (SNJ) bildirib ki, məhkəmə təzyiqi jurnalistlərin məlumat mənbələrinin susmasına səbəb ola bilər və mənbələrin qorunmasını demokratiyanın əsas prinsiplərindən biri kimi qiymətləndirib.

Araşdırmanın başlanması 2027-ci il büdcəsinin hazırlanması ətrafında mətbuata məlumat sızması ilə bağlı hüquqi mübahisəni gündəmə gətirib. Büdcə layihəsinin ilkin variantının hökumət tərəfindən oktyabrın əvvəlində təqdim edilməsi nəzərdə tutulur.

Paylaş:
Baxılıb: 84 dəfə

Xəbər lenti

Hamısına bax

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30