Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

07.10.2026 [17:45]

Cari ildə qlobal neft tədarükünün gündəlik orta hesabla 100 milyon 90 min barel olacağı proqnozlaşdırılır.

AZƏRTAC ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına istinadla xəbər verir ki, qlobal neft tədarükünün Yaxın Şərqdə istehsalın azaldılmasının təsiri səbəbindən bu il azaldıqdan sonra 2027-ci ildə güclü şəkildə bərpa olunacağı gözlənilir.

EIA qlobal neft tədarükünün bu il əvvəlki ilə nisbətən orta hesabla gündəlik 5,2 milyon barel azalacağı və 2027-ci ildə isə sutkada 8,5 milyon barel artacağını proqnozlaşdırır. Qlobal neft tədarükünün gələn il gündəlik orta hesabla 109 milyon 550 min barel olacağı gözlənilir. Gələn il qlobal hasilatın gözlənilən artımının Yaxın Şərqdəki münaqişələr səbəbindən dayandırılmış istehsalın yenidən aktivləşməsi, eləcə də digər istehsalçı ölkələrdən tədarükü artırması ilə əlaqəli olacağı bildirilir.

EIA-nın məlumatları Yaxın Şərqdəki münaqişələr səbəbindən istehsaldan kənarda qalan neftin miqdarı azaldıqca xam neft hasilatının tədricən bərpa olunduğunu göstərir. Belə ki, münaqişələr səbəbindən istehsal olunmayan xam neftin miqdarı may ayında ən yüksək həddə çataraq gündəlik 10,9 milyon barel təşkil edib, daha sonra avqustda orta hesabla sutkada 5,8 milyon barelə, sentyabrda isə gündəlik 4,8 milyon barelə geriləyib.

Paylaş:
Baxılıb: 84 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Siyasət

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31