YAP-ın VIII Qurultayı: Güclü dövlət, sosial rifah və davamlı inkişaf yolunda yeni mərhələ
08.10.2026 [12:08]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, Azərbaycanın gələcək inkişaf prioritetlərinin müəyyənləşdirildiyi əlamətdar platforma kimi yadda qaldı. Müstəqillik tariximizin ən şərəfli və qürurlu dövründə keçirilən bu qurultay dövlətimizin əldə etdiyi nailiyyətlərin təqdimatı, yeni hədəflərin müəyyənləşdirilməsi və qarşıdakı dövrün inkişaf konsepsiyasının elan edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham Əliyevin qurultaydakı çıxışı isə ölkənin yaxın və uzunmüddətli perspektivlərini əhatə edən strateji yol xəritəsidir.
Bu fikirləri “Yeni Azərbaycan”a açıqlamasında Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, dosent Vazeh Əsgərov bildirib. V.Əsgərov Prezident İlham Əliyevin VIII Qurultayın ən mühüm xüsusiyyəti kimi onun tamamilə yeni tarixi şəraitdə keçirildiyini vurğulamasına xüsusi diqqət çəkib. Dövlətimizin başçısının bildirdiyi kimi, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilib. Bu qurultay suveren Azərbaycanın ilk qurultayıdır. Qurultay tarixi Zəfərin siyasi təntənəsi kimi də tarixə həkk olundu. Bu fikirlər müasir Azərbaycan dövlətinin keçdiyi böyük yolun siyasi yekunu və tarixi Zəfərin ideoloji ifadəsi kimi səsləndi. Bu gün Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam təmin etmiş, regionda yeni reallıqlar yaratmış qüdrətli dövlət kimi inkişafının növbəti mərhələsinə qədəm qoyur.
V.Əsgərov bildirib ki, əgər ötən dövrün əsas vəzifəsi ərazi bütövlüyünün və suverenliyin bərpası idisə, qarşıdakı mərhələnin əsas missiyası qalib Azərbaycanın daha da güclənməsi, vətəndaş rifahının yüksəldilməsi və dayanıqlı inkişaf modelinin dərinləşdirilməsidir. Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan məsələlərdən biri məhz sosial rifahın yüksəldilməsi oldu. Dövlət başçısı bir daha bəyan etdi ki, Azərbaycanın inkişafının mərkəzində insan amili dayanır və sosial siyasət bundan sonra da dövlət siyasətinin əsas prioriteti olacaqdır. Bu kontekstdə Cənab Prezidentin gələn il minimum əməkhaqqının, pensiyaların, sosial müavinətlər qaldırılacağı ilə bağlı mesajı güclü dövlətin əsas göstəricisində vətəndaş rifahının dayanmasını bir daha vurğulayır. Bu mesaj təkcə sosial təminat paketinin genişlənməsi anlamına gəlmir. Bu, həm də dövlətin öz vətəndaşına verdiyi dəyərin, insan kapitalına göstərdiyi diqqətin və sosial ədalət prinsipinə sadiqliyinin bariz təzahürüdür. Bu gün dünyada iqtisadi və geosiyasi təlatümlərin davam etdiyi bir şəraitdə Azərbaycan dövlətinin sosial müdafiə tədbirlərini ardıcıl şəkildə genişləndirməsi ölkəmizin sosial yönümlü siyasətinin gücünü və davamlılığını nümayiş etdirir. “Prezident İlham Əliyev çıxışında sosial rifah siyasətinin təsadüfi və ya qısa müddətli tədbirlərdən ibarət olmadığını xüsusi vurğulayaraq qeyd edir ki, “Bu siyasəti biz müntəzəm aparırıq ki, Azərbaycan xalqının rifahı ildən-ilə yaxşılaşsın”. Əslində bu fikir son illər həyata keçirilən sosial islahatların fəlsəfəsini tam şəkildə açıqlayır. Azərbaycanda iqtisadi inkişafın əsas məqsədi yalnız makroiqtisadi göstəricilərin artması deyil, həmin inkişafın real nəticələrinin vətəndaşların gündəlik həyatında hiss olunmasıdır. Əməkhaqlarının artırılması, pensiya təminatının gücləndirilməsi, sosial müavinətlərin genişləndirilməsi, şəhid ailələrinə və qazilərə göstərilən diqqət, mənzil təminatı proqramları və məşğulluq sahəsində aparılan islahatlar sosial dövlət modelinin uğurlu tətbiqinin konkret nümunələridir”, - deyə Vazeh Əsgərov bildirib.
V.Əsgərov vurğulayıb ki, Azərbaycanın son illərdə qazandığı iqtisadi uğurlar sosial proqramların davamlı maliyyələşdirilməsinə möhkəm zəmin yaradıb. Qeyri-neft sektorunun inkişafı, yeni sənaye zonalarının yaradılması, ixrac imkanlarının genişlənməsi və investisiya mühitinin daha da yaxşılaşdırılması ölkə iqtisadiyyatının dayanıqlığını əhəmiyyətli dərəcədə artırıb. Prezident İlham Əliyevin də vurğuladığı kimi, beynəlxalq investorların Azərbaycana olan yüksək etimadı ölkənin iqtisadi sabitliyinin mühüm göstəricisidir. Məhz güclü iqtisadi potensial sosial siyasətin uğurla həyata keçirilməsinə imkan verir və dövlətin sosial öhdəliklərini daha inamla yerinə yetirməsini təmin edir.
V.Əsgərovun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yalnız siyasi hesabat xarakteri daşımır. Bu qurultay Azərbaycanın yeni inkişaf mərhələsinin ideoloji və strateji istiqamətlərini müəyyənləşdirən mühüm siyasi hadisə oldu. Qurultayda səsləndirilən fikirlərdən aydın görünür ki, yaxın illərdə Azərbaycan öz inkişafını güclü dövlətçilik, davamlı iqtisadi inkişaf, yüksək sosial rifah kimi üç fundamental prinsip üzərində quracaq. Bu prinsiplər qalib və suveren Azərbaycanın gələcək tərəqqisinin əsas sütunları olacaq.
Mübariz Abdullayev
Xəbər lenti
Hamısına baxMaraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:46
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04

