Sarkisyanın istefası gündəmdədir...
20.02.2015 [00:30]
Ermənistan mətbuatı bu ölkədə siyasi gərginliyin daha da kəskinləşərək vətəndaş müharibəsi həddinə çatacağını diqqətə çatdırır
Siyasi böhran şəraitində olan Ermənistanda ictimai-siyasi kataklizmlər daha da güclənir. Belə ki, repressiyaya məruz qalan ictimai fəallar və siyasi subyektlərin Serj Sarkisyan hakimiyyətinə qarşı etiraz səsini ucaltmaları bu ölkə daxilində kəskin qarşıdurma ehtimalını daha da artırıb. Hakimiyyətə müxalif siyasi qüvvələrin etiraz forması daha çox mitinqlər və aksiyalar şəklindədir. İşğalçı ölkə KİV-i yazır ki, qarşıdakı günlərdə mitinq-aksiyaların artması gözləniləndir. Ermənistan mətbuatı, həmçinin, siyasi gərginliyin daha da kəskinləşərək vətəndaş müharibəsi həddinə çatacağını bəyan edir. Bununla yanaşı, bir çox erməni eksperti bildirir ki, mövcud problemlər bu ölkədə sosial inqilab çağırışlarını aktuallaşdırır və siyasi kataklizmləri şiddətləndirir. Məhz bu, Ermənistanın gələcəyini sual altına alan başlıca faktorlardandır.
Sarkisyan hakimiyyəti iflasa uğramaqdadır
Ermənistanda nəşr edilən “168 Jam” qəzeti yazır ki, siyasi qüvvələr arasındakı mübarizə daha çox pərdə arxasında gedir. Nəşrin yazdığına görə, açıq şəkildə hələ heç kim demir ki, indiki vəziyyət hakimiyyətin dəyişməsinə səbəb ola bilər: “Birincisi, Ermənistanda iqtisadi vəziyyət çox acınacaqlıdır. İkincisi, Sarkisyan hakimiyyəti iflasa uğramaqdadır. Sarkisyanın istefaya getməsi ehtimalı da mövcuddur”.
Bununla yanaşı, bu ölkədə hakimiyyətin sadə vətəndaşlarla yanaşı, mətbuata təzyiqləri də şiddətlənib. “Armenia today” isə yazır ki, siyasi gərginliyin artmasına xidmət edən bütün bu hallar iqtisadi böhranı daha da dərinləşdirir. Görünən odur ki, vətəndaşlar Ermənistanın hazırkı durumundan narazıdırlar və ölkə sosial inqilab astanasındadır. Siyasi ekspertlər qeyd edirlər ki, Ermənistanda kompleks və sistemli xarakter daşıyan total böhran meyillərinin xarakteristikasını təsvir etmək üçün sadəcə, bir neçə sahədəki real duruma nəzər yetirmək məqsədəmüvafiqdir. İlk növbədə, işğalçı ölkənin total böhranı çərçivəsində əsas diqqət iqtisadi tənəzzül meyillərinə çəkilir.
Erməni diasporu Ermənistan hakimiyyətinə qarşı siyasi təzyiqlər edir
Bəhs olunan nəşr yazır ki, Ermənistan hakimiyyətinin başlıca dayaq nöqtəsi olan xaricdəki erməni lobbisi də hazırkı hərbi xuntanı tənqid və qınaq atəşinə tutmaqdadır. Müşahidələr onu deməyə əsas verir ki, bu istiqamətdəki son tendensiya mövcud hakimiyyətlə xaricdə yaşayan ermənilər arasında kəskin ziddiyyət, mübahisə və mübarizə meyillərinin ortaya çıxmasıdır. Belə ki, Fransa, Livan və ABŞ-dakı erməni lobbisi, demək olar ki, davamlı olaraq İrəvan hakimiyyətinin əleyhinə tənqidi materiallar yayır, üstəlik, lobbinin nəzarəti altında fəaliyyət göstərən əksər mətbu orqanlar da saylarında Ermənistan hakimiyyətini kəskin şəkildə tənqid edirlər. Digər tərəfdən, erməni diasporu artıq əvvəlki kimi mövcud hakimiyyətin beynəlxalq aləmdəki təbliğat maşını funksiyasını yerinə yetirmir. Eyni zamanda, diaspor Sarkisyan hakimiyyətinə etdiyi maliyyə yardımlarını da kəsmək haqqında müəyyən mesajlar verməkdədir. Bundan savayı, erməni diasporu Ermənistan hakimiyyətinə qarşı açıq-aşkar siyasi və iqtisadi təzyiqlər də etməyə başlayıb. Bu isə “hakimiyyət-diaspor tandemi”nin tam mənada fiaskoya uğradığına dəlalət edir.
Beləliklə, Ermənistan növbəti dəfə ciddi kataklizmlərin məngənəsindədir. Ekspertlər vətəndaş müharibəsinə doğru sürüklənən işğalçı ölkənin gələcək taleyinə dair optimist proqnozlar vermirlər.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43

