Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / Dövlət orqanlarında vakant inzibati vəzifələr üzrə daxili müsahibə elan olunub

Dövlət orqanlarında vakant inzibati vəzifələr üzrə daxili müsahibə elan olunub

24.07.2026 [12:20]

İyulun 24-də 6 dövlət orqanında inzibati vəzifələrin 2-4-cü təsnifatlarına aid olan 7 vakant vəzifənin tutulması məqsədilə daxili müsahibə elan edilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, müsahibəyə çıxarılan vəzifələrdən 1-i inzibati vəzifələrin ikinci, 5-i üçüncü, 1-i isə dördüncü təsnifatına aiddir. Vakant vəzifələr arasında ən yüksək vəzifə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Aparat rəhbəri vəzifəsidir.

Qanunvericiliyin tələblərinə uyğun olaraq daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Bu mexanizm vətəndaşların rahatlığının təmin edilməsinə, vaxt və maliyyə itkisinin qarşısının alınmasına, habelə DİM-in təqdim etdiyi xidmətlərin daha əlçatan olmasına şərait yaradır.

Daxili müsahibədə vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları iştirak hüququna malikdir. Müsahibədə iştirak etmək istəyən namizədlər iyulun 24-dən avqustun 7-si saat 18:00-dək DİM-in internet portalında “Dövlət qulluğu üzrə müraciət forması”nı dolduraraq qeydiyyatdan keçməlidirlər.

Paylaş:
Baxılıb: 453 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30