Tramp Səudiyyə Ərəbistanı ilə nüvə sazişinin icrası üçün şərt irəli sürüb
24.07.2026 [12:14]
Prezident Donald Tramp ABŞ ilə Səudiyyə Ərəbistanı arasında nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi sahəsində əməkdaşlığa dair imzalanmış sazişin icrası ilə bağlı yeni şərt irəli sürüb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, sazişlə bağlı açıqlanmış rəsmi bəyanata daxil edilməyən bu şərtə əsasən, Səudiyyə Ərəbistanı İsraillə münasibətlərini normallaşdırmayacağı və “İbrahim razılaşmaları”na qoşulmayacağı təqdirdə, sənəd üzrə öhdəliklər yerinə yetirilməyəcək.
Qeyd edək ki, sözügedən şərt ABŞ və Səudiyyə Ərəbistanının əməkdaşlıq sazişinin imzalanması ilə bağlı yayımladıqları rəsmi bəyanatlarda əksini tapmayıb.
Donald Tramp “Truth Social” sosial şəbəkəsindəki hesabında bildirib ki, Səudiyyə Ərəbistanı “İbrahim razılaşmaları”na qoşulmasa, saziş tamamlanmış hesab edilməyəcək.
Ağ Evin mətbuat katibi Karolayn Levitt də jurnalistlərin suallarını cavablandırarkən İsraillə münasibətlərin normallaşdırılmasının sazişin tamamlanması üçün şərt olduğunu deyib.
Xatırladaq ki, sənədi Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral ehtiyatlar naziri Əbdüləziz bin Salman və ABŞ-nin energetika naziri Kris Rayt imzalayıblar.
Saziş iki ölkə arasında nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsini, təcrübə, bilik və texnologiya mübadiləsinin təşviqini nəzərdə tutur. Sənəddə, həmçinin nüvə təhlükəsizliyi, nüvə mühafizəsi və nüvə silahlarının yayılmaması sahəsində beynəlxalq standartlara uyğun əməkdaşlığın inkişafı, eləcə də enerji və qabaqcıl texnologiyalar istiqamətində birgə fəaliyyətin gücləndirilməsi əksini tapıb.
Xəbər lenti
Hamısına baxDünya
14 Sentyabr 15:50
YAP xəbərləri
14 Sentyabr 15:47
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Siyasət
14 Sentyabr 15:45
Dünya
14 Sentyabr 15:34
Dünya
14 Sentyabr 14:59
YAP xəbərləri
14 Sentyabr 14:51
YAP xəbərləri
14 Sentyabr 14:26
Hadisə
14 Sentyabr 14:20
İqtisadiyyat
14 Sentyabr 14:19
YAP xəbərləri
14 Sentyabr 13:59
YAP xəbərləri
14 Sentyabr 13:54
YAP xəbərləri
14 Sentyabr 13:50
YAP xəbərləri
14 Sentyabr 13:46
Dünya
14 Sentyabr 13:45
YAP xəbərləri
14 Sentyabr 13:44
Dünya
14 Sentyabr 13:18
Dünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40
Gündəm
14 Sentyabr 12:32
Dünya
14 Sentyabr 12:20
Elm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30

