Rusiya-Ermənistan münasibətləri yeni geosiyasi reallıqlar kontekstində
05.03.2015 [09:39]
Qərblə Ukrayna uğrunda dərinləşməkdə olan qarşıdurma Rusiyanı dərin iqtisadi böhrana yuvarlanmaq təhlükəsi ilə qarşılaşdırıb. Gözlənildiyi kimi, bu böhran, müəyyən dərəcədə, onun Avrasiya İqtisadi Birliyi üzrə tərəfdaşları olan ölkələrdən də yan keçmir. Ən böyük zərbəni isə iqtisadi baxımdan zəif olan Ermənistan öz üzərində hiss edir. Baxmayaraq ki, bu ölkənin hakim dairələri Ermənistanın tezliklə əhəmiyyətli dərəcədə mənfəət əldə edəcəyini təbliğ edirdilər.
Ermənistanın Avrasiya İqtisadi Birliyinə daxil olduqdan sonra ixracatının artacağı barədə verilən proqnozlar reallaşmadı. Ölkədə iqtisadi vəziyyətin dözülməz həddə yaxınlaşdığını erməni mətbuatı geniş şərh edir. “Lragir” saytının verdiyi məlumata görə, hər şey Rusiya bazarındakı vəziyyətlə bağlıdır, çünki Qazaxıstan və Belarus elə bir əhəmiyyətli rol oynamır, Ermənistanın isə bu ölkələrlə yeni razılaşmaları yoxdur. Ermənistan müəssisələri Rusiya Federasiyasına öz məhsullarını daha baha qiymətə satmaq niyyətindədirlər, çünki müqavilələr rublla bağlanmış, rubl isə xeyli dəyərsizləşmişdir. Lakin Rusiya bazarında bahalı məhsul alınmır və belə məhsul rəqabətə tab gətirmir. Yanvar ayında ixracat kəskin şəkildə azaldı. Daha çox zərər çəkən isə konyak və çaxır tədarükçüləridir. Rusiya tərəfi valyuta ilə işləmək, Ermənistan şirkətləri isə zərərə işləmək istəmirlər. Hər şey sanki donmuşdur (bax: Rossiyskiy rınok dlə armənskix gksporterov zakrıvaetsə / “Lragir”, 10 fevral, 2015).
Mövzunu davam edərək “Qraparak” qəzeti Rusiya bazarına mallarını ixrac edən şirkətlərin həyəcan təbilini çaldıqlarını bildirir. İstehsalçılar bizneslərinin zəiflədiyini, dəyərsizləşmiş rublla bağlanmış sövdələşmələrin ağır nəticələrindən xəbər verirlər. “Aykakanjamanak” qəzeti yazır ki, Ovik Abramyanın başçılıq etdiyi nümayəndə heyətinin Moskvaya səfəri tam uğursuzluqla nəticələndi. Qəzetin hökumətdəki mənbələri xəbər verirlər ki, Ermənistanın baş naziri heç bir məsələ ilə, o cümlədən, qazın qiymətinin aşağı salınması ilə bağlı ortaq nəticəyə gələ bilməmişdir (bax: SMİ Armenii: arməno-rossiyskie otnoşeniə doşli do toçki / “İnoSMİ”, 19 fevral, 2015).
Ermənistanda güman edirdilər ki, müvafiq razılıq əldə etdikdən sonra qazın qiymətini rubl ilə ödəyəcəklər. Həmçinin, erməni tərəf iri Rusiya şirkətlərini də cəlb etməyə və ya Rusiya hökumətindən böyük həcmli kredit əldə etməyə ümid edirdi. Lakin heç bir bəndlə bağlı nəticə əldə olunmadı. “Jamanak” bunun ən azı gülməli olduğunu, Rusiyanın məhv olmaqda olan iqtisadiyyatına ümid etmək yox, Ermənistanın uçuruma getməsinin qarşısını hansısa başqa bir yolla almaq barədə düşünmək lazım olduğunu bildirir. Heç kim Ermənistana maliyyə qoymaq istəmir, Rusiyaya gəldikdə isə, bu barədə danışmaq ümumiyyətlə təəccüblü olardı, çünki onun özünün çoxlu miqdarda maliyyəyə ehtiyacı var (bax: Aram Amatuni. Davos ne pomoq bı v dele gksporta oqurüov i pomidorov / “Jamanak”, 10 fevral 2015).
“Lragir”in qiymətləndirmələrinə görə, Ermənistan-Rusiya iqtisadi münasibətləri, ümumiyyətlə, kritik həddə yaxınlaşır. Bundan sonra “dekolonizasiya” başlayacaqdır. Rusiyanın hazırda Ermənistana dəstək verə bilməməsi mütləq ona gətirib çıxaracaqdır ki, İrəvan yeni mənbə və bazar axtarışına çıxacaqdır. Moskva İranla qaz məsələsi ilə bağlı münasibətlər qurmağa, ABŞ-la Vorotan Su Elektrik Stansiyası ilə bağlı sövdələşmələrə, Avropa İttifaqı (Aİ) ilə azad ticarət zonası haqqında müqavilə bağlamağa imkan vermir (bax: Naira Ayrumən. Arməno-rossiyskie otnoşeniə doşli do kritiçeskoy toçki / “Lragir”, 12 fevral 2015).
Belə mürəkkəb bir situasiyada seçim imkanları məhdud olan Ermənistan sığortalanmaq istəyir. Ölkə yanvar ayında Moskvanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyinə daxil olsa da, yüksək vəzifəli erməni məmuru EurasiaNet.org-a bildirib ki, İrəvan Aİ ilə assosiasiya haqqında müqavilənin yeni versiyası üzərində dondurduğu işini bərpa etmişdir (bax: Qaəng Abramən. Armeniə vozobnovila pereqovorı ob assoüiaüii s Evrosoözom / “Eurasianet”, 10 fevral 2015).
Baş verən son geosiyasi proseslərin inkişafı fonunda Ermənistanın siyasi mövqeyi də xeyli zəifləyib. Son bir neçə həftə ərzində rəsmi İrəvan “ənənəvi Ermənistan-Rusiya münasibətlərinin ruhuna” heç cür uyğun gəlməyən bəzi jestlər etmişdir. Yanvarın 28-də Ermənistanın AŞPA-dakı nümayəndə heyəti Rusiyanın bu qurumda səs hüququndan məhrum edilməsi məsələsi səsə qoyularkən bitərəf qaldı. Rusiyanı dəstəkləyən Türkiyə və Azərbaycan nümayəndə heyətinin davranışı fonunda bu, xüsusilə gözə çarpdı. Erməni rəsmiləri və ekspertləri çox ehtiyatlı tərzdə bunu ölkə nümayəndələrinin müstəqil seçimi, bir sıra erməni mətbuatı isə sadəcə siyasi müstəqilliyin uğursuz imitasiyası olduğunu bildirdilər. Belə bir imitasiyanın uğursuzluğu bir sıra digər amillərlə yanaşı, yanvar ayında Gümrüdə baş verən kütləvi qətl hadisəsindən sonra indiyədək davam edən “Permyakov qalmaqalı”nın fonunda daha qabarıq ifadə olunur.
Son aylarda cəbhə bölgəsindəki qoşunların təmas xəttində uğursuzluqlara düçar olan Ermənistan tam ümidsiz vəziyyətdədir. Yanvarın 30-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja aşağıdakıları bəyan edib: “Siz bizdən silahlı reaksiya gözləyirsinizmi? Yox, bu, mümkün deyil və KTMT-nin Nizamnaməsinə ziddir. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Həmsədr ölkələr münaqişənin sülh yolu ilə həlli məsələsi üzərində çalışırlar”.
Lakin Rusiya-Ermənistan münasibətlərinin mövcud yeni geosiyasi reallıqlar fonunda kritik həddə olması və bu münasibətlərin daha da kəskinləşməsi yaxın gələcəkdə Ermənistanın siyasi imitasiyalardan, şantajdan daha uzağa gedəcəyini deməyə əsas vermir. Əslində “sahib-vassal” münasibətini ifadə edən “ənənəvi Ermənistan-Rusiya münasibətləri” Ermənistan üçün məlum səbəblərdən dərin bir uçuruma çevrilib və bundan qurtulmaq üçün rəsmi İrəvanda nə siyasi iradə, nə də praqmatik və konstruktiv mövqe nümayişi tendensiyası hələ ki, hiss olunmur.
Bədəl ƏHMƏDOV,
Sosiologiya üzrə fəlsəfə doktoru
Xəbər lenti
Hamısına baxGündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Gündəm
20 Yanvar 11:51
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31
YAP xəbərləri
19 Yanvar 15:29
YAP xəbərləri
19 Yanvar 15:24
YAP xəbərləri
19 Yanvar 15:23
Gündəm
19 Yanvar 15:13
Sosial
19 Yanvar 14:35
YAP xəbərləri
19 Yanvar 14:00
YAP xəbərləri
19 Yanvar 13:54
Siyasət
19 Yanvar 13:47
YAP xəbərləri
19 Yanvar 13:27
Sosial
19 Yanvar 12:34

