Neft qiymətlərinin manipulyasiyası geosiyasi “təzyiq aləti” kimi
24.09.2015 [12:31]
Bir müddət əvvəl “Goldman Sachs” şirkətinin analitiki dünya bazarlarında neftin qiymətinin daha da azalacağını istisna etməyərək, “qara qızıl”ın bir barelinin 20 dollara qədər ucuzlaşa biləcəyi ehtimalını irəli sürüb. Ekspert bunun əsas səbəbini hasilatın artması və tələbatın azalması nəticəsində bazarlarda yaranan neft artıqlığı ilə izah edir.
Aparıcı Qərb mediası da əsas etibarilə neftin qiymətindəki enişi iqtisadi səbəblərlə izah etməyə çalışır. Lakin 2014-cü ilin sonlarına doğru kəskin eniş yaşayan neft qiymətlərinin sırf bazar münasibətlərinin nəticəsi olduğuna inanan azdır. Hələ ötən ilin dekabrında ABŞ prezidenti Barak Obama verdiyi müsahibədə bildirmişdi ki, Rusiya iqtisadiyyatını ayaqda saxlayan neftin qiymətidir və sanksiyaların davam etdirilməsi ilə yanaşı, neft qiymətlərinin kəskin ucuzlaşması ölkə iqtisadiyyatının təzyiqlərə davam gətirməsini olduqca çətinləşdirəcək (bax: Transcript: President Obama’s Full NPR Interview / www.npr.org, 29 dekabr 2014).
Obamanın etiraf kimi səslənən bu fikirlərindən sonra Qərb mediasında Səudiyyə Ərəbistanının Bəşər Əsədə yardım edən Rusiyanı fikrindən daşındırmaq üçün neftin qiymətlərinə təsir göstərdiyini bildirən fikirlərin daha geniş yer alması neft qiymətlərinin manipulyasiyasına dair ilk önəmli etiraf kimi qarşılandı.
Bununla belə, sanksiyalar və neftin ucuzlaşması Rusiyanın iqtisadi vəziyyətini çətinləşdirsə də, onun müxtəlif geosiyasi proseslərə müdaxiləsinin qarşısını ala bilmədi. Ukraynanın şərqindəki münaqişədə Kremlin separatçılara verdiyi dəstəyi davam etdirməsi ilə yanaşı, Suriyada Rusiyanın hərbi cəhətdən fəallaşması ilə bağlı son zamanlar daha çox informasiyalar yayılır. Bunların içərisində Rusiyaya məxsus mülki və hərbi təyyarələrin, helikopterlərin, döyüş texnikasının və hərbi personalın Suriyaya daxil olması barədə məlumatları göstərmək olar. Rusiya tərəfi də hərbçilərinin Suriyaya göndərildiyini etiraf edərək onların işinin Rusiya hərbi texnikasından istifadə qaydalarını yerli hərbçilərə öyrətməkdən ibarət olduğunu bildirib, lakin gələcəkdə İŞİD-ə qarşı birbaşa əməliyyatlarda iştirak edəcəklərini istisna etməyib.
Bu onu göstərir ki, Ukraynada vəziyyətin bir qədər stabilləşməsindən sonra hazırda Qərb-Rusiya geosiyasi mübarizəsinin episentri yenidən Suriyaya keçib. Əsəd hökumətinin devrilməsi Rusiyanın bölgədəki hərbi mövcudluğuna son qoyulması, ölkənin Yaxın Şərqdəki son dayaqlarından birinin də itirilməsi demək olacaq.
Başqa bir fikrə görə isə, Rusiyanın Suriyadakı münaqişəyə müdaxiləsinin artması məhz neftin qiymətlərinə təsir göstərmək məqsədi daşıya bilər. Belə ki, bölgədə müharibənin alovlanması və ona daha çox sayda dövlətin qoşulması neftə olan tələbatı artıra, bununla da qiymətləri yüksəldə bilər. Əslində, məntiqi və iqtisadi qanunlar nöqteyi-nəzərdən yanaşdıqda, hazırkı geosiyasi proseslər və artan müharibələr fonunda neftin qiymətlərinin durmadan azalması təbii hal kimi qarşılana bilməz. Bu isə onu deməyə əsas verir ki, indiki halda neftin qiyməti ilə bağlı dünya bazarlarında gedən proseslərin iqtisadi qanunauyğunluqlarla deyil, qlobal geosiyasi mübarizə amili ilə izahı mənzərəni daha dəqiq təsvir edir.
Bunu təsdiq edən başqa bir məqam ondan ibarətdir ki, İranla nüvə sazişinin imzalanmasından sonra İran üzərindəki sanksiyaların hələ də qalmasına baxmayaraq, təkcə bu ölkə neftinin Avropa bazarlarına çıxarılacağı ehtimalı neftin qiymətinin bir qədər də düşməsi üçün bəhanəyə çevrildi. Lakin eyni dövrdə Suriyada və İraqda silahlı qarşıdurmaların daha kəskin hal alması, Ukraynadakı münaqişənin davam etməsi, neftin əsas ixracatçılarından olan Səudiyyə Ərəbistanının Yəməndəki vətəndaş müharibəsində iştirak etməsi kimi neftə real tələbatı artıran hadisələrə baxmayaraq, “qara qızıl”ın qiymətindəki azalma tendensiyası hələ də özünü göstərir. Bütün bu amillər neftin qiymətinin Qərbin təzyiqi ilə süni şəkildə endirilməsi, bu manipulyasiyanın əsas hədəfində Rusiya iqtisadiyyatının dayandığını deməyə əsas verir.
Bu arada, Avropa İttifaqı neftin qiymətlərinin manipulyasiyası ehtimalları ilə əlaqədar olaraq bu sahədə yenidən araşdırmalara başlayıb. Bu məqsədlə “Royal Dutch Shell” şirkətinə və “Platts” qiymət agentliyinə sorğu göndərilib (bax: EU Said to Ramp Up Oil-Benchmarks Probe With Evidence Request / “Bloomberg”, 17 sentyabr 2015). İki il əvvəl bp və “Statoil” şirkətlərinə qarşı da belə bir sorğu ünvanlanmışdı. Bu onu göstərir ki, aparıcı Qərb şirkətlərinin dünya neft bazarlarında qiymətləri idarə etməsi yeni hal deyil. Lakin Avropa İttifaqının qiymətlərlə bağlı “narahatlığının” hansısa ciddi dəyişikliyə gətirib çıxaracağını söyləmək çətindir.
Əlbəttə ki, neftin qiymətini kənar təzyiqlər nəticəsində aşağı həddə saxlayan OPEK ölkələri milyardlarla dollar həcmində vəsait itirirlər. Neftin ədalətli qiymətinə gəlincə, İranın neft naziri Bican Namdar Zənqanenin sözlərinə görə, OPEK ölkələrinin əksəriyyəti neftin bir barelinin 70-80 ABŞ dolları arasında qiymətləndirilməsini ədalətli hesab edirlər (bax: OPEK: spravedlivaə stoimostğ nefti - $70-80 / “Vesti”, 2 sentyabr 2015).
Digər tərəfdən, neftin qiymətləri ilə bağlı vəziyyətdən asılı olmayaraq, İran neft hasilatını artıraraq, dünya bazarlarında özünə möhkəm yer tutmağa çalışır. Şübhəsiz, İran kimi iri hasilatçının bazarlara daxil olması neftin qiymətinə ciddi təsir göstərərək onun daha da ucuzlaşmasına səbəb ola bilər. Bu isə indidən OPEK-i və digər iri neft hasilatçılarını narahat edir.
Beynəlxalq miqyasda müzakirə obyektinə çevrilən məqamlardan biri isə neftin qiymətinin 40 dollardan da aşağı düşəcəyi təqdirdə bu həddə nə qədər müddət qalacağı ilə bağlıdır. Qazaxıstan prezidenti Nursultan Nazarbayev neftin qiymətinin 30-40 dollar səviyyəsində bir neçə il qala biləcəyini deyib. Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev isə əksini düşünür. Onun sözlərinə görə, qiymətlər 40 dollardan aşağı həddə 1-2 il qala bilməz, belə bir enişdən qısa müddət sonra qiymətlər yenidən qalxmalıdır (bax: Neftğ zatəqivaet za soboy rublğ / “Vzqləd”, 24 avqust 2015).
İstənilən halda, “qiymət savaşı” elə bir mərhələyə daxil olub ki, onun sonunun ya iri neft hasilatçılarının vəziyyətə dözməyərək qiymətləri aşağı həddə saxlamaqdan imtina etməsi, ya da iqtisadiyyatı zəifləyən, rublu dəyərdən düşən Rusiyanın Qərb qarşısında geosiyasi baxımdan ciddi güzəştlərə getməsi ilə nəticələnməsi ehtimalı yüksəkdir.
Bütün tərəflərin çətinliklə də olsa duruş gətirdiyi indiki məqamda “Goldman Sachs” şirkətinin mütəxəssisinin neftin bir barelinin 20 dollara qədər ucuzlaşa biləcəyi barədə fikirləri hər şeydən əvvəl psixoloji təzyiq xarakteri daşıyır. Bu fikrin səsləndirilməsində məqsəd müqavimət göstərməyin əbəs olması barədə Rusiya ictimaiyyətində ruh düşkünlüyü yaratmaq ola bilər. Görünən odur ki, neftin dünya bazarlarındakı qiymətləri iqtisadi qaydalar və tələb-təklif amillərindən çox, beynəlxalq münasibətlərin aparıcı aktorlarının əhval-ruhiyyəsinə uyğun surətdə dəyişir.
Newtimes.az
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16

