/ / BMT-dəki görüşdən sonra Rusiyanın Suriyada hava zərbələrinə başlaması: ABŞ-Rusiya qarşıdurması pik həddə
BMT-dəki görüşdən sonra Rusiyanın Suriyada hava zərbələrinə başlaması: ABŞ-Rusiya qarşıdurması pik həddə
06.10.2015 [10:07]
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının bu günlərdə keçirilən 70-ci sessiyasında ən çox maraq doğuran məqamlardan biri ABŞ və Rusiya prezidentlərinin son 2 ildə ilk dəfə baş tutan görüşü və sessiyanın ümumi müzakirələrindəki çıxışları oldu.
İki ölkə münasibətlərinin son illərdə daha da gərginləşməsi, Ukrayna və Suriyadakı proseslərlə əlaqədar maraqların və mövqelərin bir-birinə zidd, barışmaz xarakter alması, ABŞ-ın rəhbərliyi ilə bir sıra dövlətlərin Rusiyaya qarşı iqtisadi və siyasi sanksiyalar tətbiq etməsi bir çox ekspertlər tərəfindən “Soyuq müharibə”nin yenidən başlanması kimi qiymətləndirilir.
Qarşılıqlı ittihamlar, sərt tənqidlər
Görüşdən əvvəl ABŞ prezidenti Barak Obama çıxışında “nadinc” Rusiyanı özünün ənənəvi düşmənləri sırasında göstərib, öz ölkəsini və müttəfiqlərini, zərurət yaranarsa, hərbi yolla qorumaqdan çəkinməyəcəyini bildirib (bax: Remarks by President Obama to the United Nations General Assembly / “www.whitehouse.gov”, 28 sentyabr 2015). Obama Rusiyanın Ukrayna siyasətini və Krımı işğalını geniş tənqid edərək, bunu ölkənin suverenliyinin və ərazi bütövlüyünün pozulması adlandırıb, Rusiyaya qarşı sanksiyaların tətbiq olunmasına bir daha haqq qazandırıb.
Putin isə çıxışında növbəti dəfə beynəlxalq münasibətlər sistemindəki ədalətsizliklərdən bəhs edib. Onun sözlərinə görə, BMT məsələlərin birgə həllinə çalışılması məqsədilə yaradılsa da, “Soyuq müharibə”nin başa çatmasından sonra dünyada dominantlığa yiyələnənlər BMT ilə hesablaşmaq istəmir, təşkilatı məqsədə çatmağa maneçilik törədən, “əl-ayağa dolaşan” qurum kimi görürlər (bax: Polnıy tekst i video vıstupleniə Vladimira Putina na Qeneralğnoy Assamblee OON / “Russia Today”, 28 sentyabr 2015). Putinin sözlərinə görə, Rusiya BMT-də islahatların aparılmasına, onun fəaliyyətinin yeni dövrün reallıqlarına uyğunlaşdırılmasına qarşı deyil, lakin qurumun nüfuzunu və legitimliyini şübhə altına almaq cəhdlərini qəbul etmir. Əks təqdirdə, beynəlxalq münasibətlərin strukturu dağılacaq, hər şey gücə tabe olacaq, bir çox dövlətlər suverenliyini itirəcək.
Məlumdur ki, istər Qərbin, istərsə də Rusiyanın müəyyən beynəlxalq məsələlərə yanaşmasında beynəlxalq hüququ diqqətdən kənarda qoyması, imperialist maraqlardan çıxış etməsi, hətta BMT-nın qərar və qətnamələrinin yerinə yetirilməsinə təşəbbüs göstərməməsi özünü büruzə verir. Bununla belə, Qərbin aşkar hədəfinə çevrilən, əsas ümid yeri olan Çindən lazımi səviyyədə dəstək görməyən, postsovet məkanındakı, eləcə də Yaxın Şərqdəki bir çox dayaq nöqtələrindən məhrum olan rəsmi Moskva BMT Təhlükəsizlik Şurası çərçivəsində, formal olsa da, dünyadakı 5 əsas gücdən biri kimi qalmaq, qlobal əhəmiyyət daşıyan məsələlərlə bağlı qərarların verilməsi zamanı ən azından “veto” hüququndan istifadə etmək səlahiyyətini itirmək istəmir. BMT-nin fəaliyyətinin əhəmiyyətsizləşməsi Rusiyanın da beynəlxalq təsir imkanlarının xeyli dərəcədə məhdudlaşması deməkdir.
Bir inkişaf modelinin bütün ölkələrdə zorla tətbiqinin düzgün olmadığını deyən Putin beynəlxalq ictimaiyyəti vaxtilə başqa ölkələrə sosial eksperimentlər və dəyişikliklər ixrac etməyə çalışan keçmiş SSRİ-nin uğursuz təcrübəsindən dərs götürməyə çağırıb. Rusiya prezidenti ad çəkmədən ABŞ-ın Yaxın Şərq və Şimali Afrikaya “demokratik” inqilablar ixrac etmək siyasətinin ağır fəsadlarına işarə edərək, bütün bunları “özünün müstəsnalığına və cəzasızlığına arxayınlıqdan irəli gələn siyasətdən imtina edilməməsi”nin nəticəsi kimi qiymətləndirib. Putin, faktiki olaraq, Qərbi terrorçuların silahlandırılmasına, maliyyələşdirilməsinə, silah qaçaqmalçılığına, narkobiznesə, qeyri-qanuni neft satışına göz yummaqda ittiham edib. O, açıq şəkildə bildirib ki, Suriyada prezident Bəşər Əsədin hökumət qüvvələrindən və kürd hərbi birləşmələrindən başqa, İŞİD və digər terrorçu təşkilatlara qarşı həqiqi mübarizə aparan yoxdur. Rusiya prezidenti terrorizmə qarşı real mübarizə aparacaq yeni geniş beynəlxalq koalisiyanın yaradılmasını təklif edib.
ABŞ və Rusiya prezidentlərinin görüşü: müəmmalı nəticə
BMT-dəki çıxışlarının ardınca bir araya gələn ABŞ və Rusiya prezidentlərinin bağlı qapılar arxasında keçən görüşündən sonra zalı ilk tərk edən Obama görüşlə bağlı heç bir şərh verməyib. Putin isə danışıqları “çox faydalı və açıq” adlandırıb. Rusiya prezidenti ABŞ-Rusiya münasibətlərinin kifayət qədər aşağı səviyyədə olduğunu etiraf edib. Qərb dövlətləri koalisiyasının Suriya ərazisində İŞİD-ə qarşı zərbələrinə Rusiyanın da qoşulmasının mümkünlüyünə gəlincə, Putin bunun yalnız beynəlxalq hüquq çərçivəsində mümkün olduğunu deyib. Burada “beynəlxalq hüquq” dedikdə, o, BMT Təhlükəsizlik Şurasının müvafiq qərarını və Suriya prezidenti Bəşər Əsədin razılığını nəzərdə tutur (bax: Prorıva ne sluçilosğ. O çem doqovorilisğ Putin i Obama na vstreçe za zakrıtımi dverəmi / “Gazeta.ru”, 29 sentyabr 2015).
Jurnalistlərə müsahibəsində Rusiya prezidenti ölkəsinin İŞİD-ə qarşı quru əməliyyatları aparmaq niyyətində olmadığını qətiyyətlə bildirərək, terrorçu təşkilatla mübarizə aparan qüvvələrə, yəni Əsəd ordusuna və kürdlərə yardım göstərilməsinə tərəfdar olduğunu bildirib. Bununla belə, yanaşmalarda ziddiyyətlər də davam edir. Məsələn, ən azından Əsədin taleyi ilə bağlı rəsmi Vaşinqtonun yanaşmasına görə, bölgədə vəziyyəti Əsəd hökuməti gərginləşdirib və İŞİD-ə qarşı mübarizənin uğurla aparılması üçün Suriyada yeni prezident olmalıdır. Kreml isə hesab edir ki, Suriyanın və bölgənin sabit gələcəyi üçün Əsədin prezidentliyi ən optimal variantdır.
Rusiyadan riskli gediş: Suriyanın bombalanması
ABŞ və Rusiya prezidentlərinin görüşündən cəmi 2 gün sonra Rusiyanın Suriyanın Homs əyalətinə hava zərbələri endirməyə başlaması bütün dünyada şok effekti yaradıb. Rusiya tərəfi əməliyyatları Suriya prezidenti Bəşər Əsədin müraciəti əsasında, beynəlxalq hüquqa əsasən yerinə yetirdiyini, zərbələrin İŞİD terrorçu təşkilatına qarşı yönəldiyini açıqlayıb.
Hava zərbələrinin başlamasından dərhal sonra mətbuat konfransı keçirən ABŞ müdafiə naziri Eşton Karter Rusiyanın ölkəsini keçirəcəyi əməliyyatlar barədə sadəcə 1 saat öncədən məlumatlandırdığını, lakin zərbələrin endiriləcəyi məkan barədə məlumat vermədiyini bildirib. Karter Rusiyanın hərbi müdaxiləsinin Suriyada illərlə davam edən münaqişəni daha da alovlandıracağını və uğursuzluqla nəticələnəcəyini deyib.
ABŞ rəsmisinin sözlərinə görə, zərbələrin coğrafiyası İŞİD-in yox, Əsədə qarşı döyüşən digər müxaliflərin və ekstremist təşkilatların nəzarətində olan əraziləri əhatə edir. Bu sözlərlə ABŞ tərəfi Rusiyanın əsas məqsədinin İŞİD-lə mübarizə deyil, Əsəd hakimiyyətinin qorunması olduğunu əsaslandırmağa çalışır.
Rusiyanın sözügedən əməliyyatları 1979-cu il Əfqanıstan kampaniyasından sonra postsovet məkanından kənarda həyata keçirdiyi ilk hərbi müdaxilə hesab olunur. Suriyaya müdaxilə, faktiki olaraq, Rusiya hərbi təyyarələrinin bölgədə İŞİD-ə qarşı havadan hücumlar təşkil edən ABŞ qırıcıları ilə qarşı-qarşıya gəlmək ehtimalını yaradıb. Mövcud vəziyyətlə əlaqədar ABŞ və Rusiya təcili surətdə danışıqlar aparmaq qərarına gəliblər.
Həm ABŞ-ın, həm də Rusiyanın Suriyada qarşı-qarşıya duran qüvvələrin tərəfində müharibəyə qatılması XX əsrdə - “Soyuq müharibə” dövründə ABŞ və SSRİ-nin Koreya yarımadasında, Vyetnamda və Əfqanıstanda bir-birinə qarşı apardıqları lokal müharibələrə bənzər bir münaqişənin yaranması təhlükəsini ortaya çıxarıb. Tarixi təcrübə göstərir ki, bu müharibələr, ilk növbədə, bölgə xalqlarının kütləvi qırğınları və geniş ərazilərin xarabalığa çevrilməsi ilə nəticələnir. Suriya və bütövlükdə Yaxın Şərqdə gedən proseslərə hazırda bir neçə regional və qlobal aktorun müdaxilə etdiyini nəzərə aldıqda, vaxtında qabaqlayıcı tədbirlər görülməzsə, münaqişənin lokal səviyyədən çıxaraq bütün regionu əhatə edən fəlakətə çevrilməsi qaçılmaz ola bilər.
Leyla Məmmədəliyeva
Xəbər lenti
Hamısına baxDünya
30 Oktyabr 19:32
YAP xəbərləri
30 Oktyabr 19:13
Dünya
30 Oktyabr 17:54
Siyasət
30 Oktyabr 17:53
YAP xəbərləri
30 Oktyabr 17:51
YAP xəbərləri
30 Oktyabr 17:51
YAP xəbərləri
30 Oktyabr 17:31
YAP xəbərləri
30 Oktyabr 16:32
Sosial
30 Oktyabr 15:26
Sosial
30 Oktyabr 15:08
Xəbər lenti
30 Oktyabr 14:40
Elanlar
30 Oktyabr 14:37
MEDİA
30 Oktyabr 13:57
Sosial
30 Oktyabr 13:55
Dünya
30 Oktyabr 13:38
Gündəm
30 Oktyabr 12:48
Hadisə
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:12
Gündəm
30 Oktyabr 11:55
Siyasət
30 Oktyabr 11:30
Siyasət
30 Oktyabr 11:16
Sosial
30 Oktyabr 10:58
Siyasət
30 Oktyabr 10:30
Analitik
30 Oktyabr 10:16
İqtisadiyyat
30 Oktyabr 09:52
Ədəbiyyat
30 Oktyabr 09:37
Analitik
30 Oktyabr 09:13
Sosial
30 Oktyabr 08:59
MEDİA
30 Oktyabr 08:24
Gündəm
30 Oktyabr 07:49
Sosial
30 Oktyabr 00:16
İqtisadiyyat
29 Oktyabr 23:36
Dünya
29 Oktyabr 23:18
İqtisadiyyat
29 Oktyabr 22:38
Dünya
29 Oktyabr 22:16
İdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Siyasət
29 Oktyabr 21:28
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
Gündəm
29 Oktyabr 20:49
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53

