/ / ABŞ Konqresi: Ed Roys və Eliot Engel cəbhədə “gərginliyi azaltmaq” üçün hansı üsulları təklif edirlər?
ABŞ Konqresi: Ed Roys və Eliot Engel cəbhədə “gərginliyi azaltmaq” üçün hansı üsulları təklif edirlər?
15.10.2015 [10:09]
Hər dəfə Ermənistan-Azərbaycan sərhədində vəziyyət gərginləşəndə ATƏT-in Minsk qrupunun həmsədrləri sülh və sabitliyin bərpasına çağırırlar. Ənənəvi olaraq, bu təşəbbüs amerikalı həmsədr, fikirlərini eksklüziv olaraq özünün sosial şəbəkələrdəki səhifələrində paylaşan məşhur “Twitter” diplomatı Ceyms Uorlikdən gəlir. Əgər obyektiv olsaq, ATƏT-in Minsk qrupunun həmsədrlərinin missiyası bununla da başa çatır, çünki onların iyirmi ildən artıq davam edən təcavüzkar və qurban ölkələrin mövqeyini bərabər tutmaq cəhdləri irəliləmir.
Yəqin ki, məhz buna görə də bu yaxınlarda cənab Uorlikin uzun müddətdir ermənipərəst meyilləri ilə tanınan amerikalı həmkarları Ed Roys və Eliot Engelin “ən yaxşı təşəbbüslər”ini ilk dəstəkləyənlərdən biri olması heç də təəccüb doğurmur.
Bir neçə il öncə Amerika Erməni Milli Komitəsində (ANCA) yaxşı tanınan, Ermənistana dəstək qrupunun həmsədri, respublikaçı Ed Roys ABŞ-ın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri oldu.
Roysun uzun illər ərzində “Türkiyədə müsadirə olunmuş xristian kilsələrinin və digər əmlakların geri qaytarılması”na uğursuz çağırışlar etməsi kimi “erməni soyqırımı”nı tanıtmaq cəhdləri də hamıya məlumdur. Ed Roys həm də 1992-ci ildə “Azadlığa Dəstək Aktı”na edilən və Azərbaycanı hər hansı federal yardım alan ölkələrin siyahısından təcrid edən 907-ci düzəlişin saxlanılmasının tərəfdarıdır.
Xatırladaq ki, bu düzəlişlə Azərbaycan keçmiş Sovet məkanında yardım almaq imkanından məhrum olan yeganə ölkə oldu. Amma 2002-ci ildə ABŞ prezidentinin göstərişi ilə 907-ci düzəlişin icrası müvəqqəti olaraq dayandırıldı.
Konqresmen Eliot Engel də eyni siyasi əqidənin daşıyıcısıdır. Özünün populist bəyanatları ilə tanınan Eliot Engel bir neçə il öncə ABŞ Konqresində müzakirələr zamanı dəfələrlə qondarma erməni “soyqırımı” ilə bağlı məsələ qaldırmışdı.
Amerikalı konqresmenin ümidverici təşəbbüslərindən ürəklənən erməni mətbuatı operativ şəkildə Engelin 2011-ci ilin martında Amerikanın Erməni Assambleyasında Türkiyənin İsrailə qarşı düşmən münasibətini və İsraildən üzr istəməyi tələb etməsini, ən əsası isə 1915-ci il hadisələrinə görə Türkiyəni ermənilərdən üzr istəməyə razı salmağın vacibliyini xatırlatması barədə informasiyalar yaymağa başladı.
Bu iki ermənipərəst konqresmenin “Böyük Ermənistan”ın xilası yolunda daha hansı gizli təşəbbüslər irəli sürdüyünü demək çətindir, amma onların qısa müddət öncəki təşəbbüslərinin erməni separatçılarını xeyli ümidləndirdiyi isə birmənalı olaraq həqiqətdir.
Beləliklə, qoşunların təmas xəttindəki gərginliyin artmasından guya “narahat olan” ABŞ-ın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin üzvləri Ed Roys və Eliot Engel öz həmkarlarını ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi ABŞ-ı “Dağlıq Qarabağ ordusu” və Azərbaycan arasındakı qoşunların təmas xəttində sülhün bərpası üçün fəaliyyətini canlandırmağa səsləyən məktuba imza atmağa çağırıblar.
Amerika Erməni Milli Komitəsi (ANCA) məlumat verir ki, konqresmenlər ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikə ünvanlanmış və ABŞ-ı Qarabağ münaqişəsi zonasında Bakının guya təcavüzkar fəaliyyətinə cavab olaraq uğursuz saxta qərəzsizlik siyasətindən imtina etməyə çağıran məktuba imza toplayıblar.
Doğrusu, ANCA-dan bizə artıq tanış olan saxta ittihamlardan başqa informasiya gözləmək gülünc olardı. Odur ki, burada bizim bütün ittihamlarımız məhz amerikalı konqresmenlərə yönəlib. Aydındır ki, bu iki konqresmen ümumilikdə Qarabağın taleyinə, eyni zamanda, onunla bağlı olan hər şeyə biganədirlər, amma erməni sponsorların maliyyə dəstəyini isə istənilən haqlı və ya haqsız fəaliyyətlə qazanmaq lazımdır. Konqresmenlərin amerikalı həmsədrin dəstəyinə bel bağlamadıqları bu hadisədən qısa müddət sonra Ermənistanın ictimai televiziyasına müsahibə verən Uorlikin “gərginliyin azaldılması” ilə bağlı konqresmenlərin təşəbbüslərini alqışlaması barədə bəyanatından sonra məlum oldu.
“Biz tərəflərlə bu təşəbbüslərin hər biri barədə məsələ qaldırmışıq və münaqişənin sülh danışıqları əsasında həllinə aparıb çıxaran addımlar atmağa davam edəcəyik”, - deyə o bəyan edib.
“Gərginliyin azaldılması”nın tərəfdarları formal olaraq bunlara nail olmağa çalışırlar: təmas xəttində snayperlərin yerləşdirilməməsi, təmas xətti boyunca hücumların mənbəyini müəyyənləşdirmək üçün müasir atəş lokatorlarının və səs avadanlıqlarının yerləşdirilməsi ilə bağlı tərəflərin razılığının əldə olunması və nəhayət, atəşkəs rejiminin pozulması ilə bağlı nəzarəti yaxşılaşdırmaq üçün təmas xəttinə ATƏT-in əlavə müşahidəçilərinin cəlb edilməsi.
Aydındır ki, bütün bu sözdə Amerika təşəbbüsləri qərəzli xarakter daşıyır və işğalçı ölkənin maraqlarının dəstəklənməsinə yönəlib. Birincisi, Azərbaycanın snayperləri Dağlıq Qarabağın dinc əhalisinə qarşı deyil, mütəmadi olaraq təxribatçı hücumlar təşkil edən erməni diversantlarına tuşlanıb. İkincisi, müasir atəş lokatorlarının və səs avadanlıqlarının yerləşdirilməsi heç bir işə yaramır, çünki bu, uzun müddət və boşa xərclənən maliyyə yatırımı tələb edir. ATƏT-in əlavə müşahidə missiyasına gəldikdə isə, çətin ki, bu cəfəngiyatı effektiv hesab etmək olsun. Belə deyək, amorf strukturda münaqişənin taleyinə biganə olan insanların sayının artırılması həqiqətdə nəyi dəyişəcək ki? Tamamilə heç nəyi, çünki həmsədrlər təmas xəttində gərginliyin günü-gündən artdığını müşahidə edirlər, amma münaqişənin həllinə istiqamətlənmiş heç bir konstruktiv təklif irəli sürmürlər. ATƏT-in Minsk qrupunun missiyasının kifayət qədər effektiv olmadığı heç bir şübhə doğurmur və müxtəlif səviyyələrdə aparılan danışıqlarda vaxtaşırı olaraq bu məsələ qeyd olunub.
Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə, Azərbaycanda bunun geosiyasi oyunların nəticəsi olduğunu düşünürlər. “Bu oyunlar davam etdiyi müddətdə nəticə dəyişməyəcək. Gürcüstan, Moldova və Ukrayna buna əyani sübutdur”, - deyə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini, Administrasiyanın xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib. O hesab edir ki, vasitəçilər Yerevanın qeyri-konstruktiv mövqeyinə lazımi qaydada reaksiya vermirlər və fəaliyyət görüntüsü yaradaraq paytaxtlar arasında gəzib-dolaşırlar ki, bu da daha çox “turist gəzintisi”nə bənzəyir, nəticə isə dəyişmir.
Əslində, dünya ictimaiyyəti Ermənistanın qonşu ölkələrə qarşı əsassız ərazi iddialarını, Azərbaycana təcavüzünü, onun ərazisini işğal etdiyini və etnik təmizləmə apardığını, münaqişə ərzində törədilmiş cinayətlərə görə məsuliyyəti inadla təkzib etdiyini, Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icmaları arasında birbaşa dialoqun qurulmasından imtina etdiyini etiraf etməlidir. Bütün bunlar hələ ki baş vermir, bu isə öz növbəsində bütün bu illər ərzində həqiqəti dünya ictimaiyyətinə çatdırmağa çalışan Azərbaycanın inamını zəiflədir. Qərb dünyasının, ABŞ-ın Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin lehinə çıxış etməsinə və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinə baxmayaraq, onlar Azərbaycana qarşı hələ də ikili standartlar siyasəti nümayiş etdirirlər.
Amerika Konqresinin ermənipərəst fəallarına gəldikdə isə, onlar “qanunsuz gəlirlər”ini artırmağa davam edəcəklər və bu, hər zaman, ən azı Qərbdəki erməni oliqarxları ödəmə qabiliyyətində, dünya ictimaiyyəti isə Dağlıq Qarabağ münaqişəsinin ədalətlə həll edilməsinə biganə olduqca davam edəcək. ABŞ-ın sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi və birmənalı olaraq ölkəmizlə tərəfdaşlığın perspektivləri barədə bəyanatlar verməsi, reallıqda isə ikili standartlar siyasəti yürütməsi, müxtəlif ştatların qanunvericilik orqanları səviyyəsində anti-Azərbaycan qətnamələr qəbul etmələrinə mane olmaması, həmçinin satqın “siyasi texnoloqlar”ın müxtəlif tərzdə provokativ bəyanatlarına və hücumlarına biganə qalması faktı Azərbaycanı qane etmir. Bütün bu ciddi nüanslar, şübhəsiz ki, ikitərəfli münasibətlərə zərər verir və Azərbaycan tərəfinin amerikalı tərəfdaşlarına olan inamını sarsıdır. Öz növbəsində, Azərbaycan yalnız dövlətin milli maraqları çərçivəsində, bərabərhüquqlu tərəfdaşlıq və qarşılıqlı səmərəli əməkdaşlıq şəraitində etibarlı tərəfdaşlığa təminat verə bilər. Deyəsən, amerikalılar bu sadə həqiqəti hələ də başa düşmürlər.
Newtimes.az
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
30 Oktyabr 19:13
Dünya
30 Oktyabr 17:54
Siyasət
30 Oktyabr 17:53
YAP xəbərləri
30 Oktyabr 17:51
YAP xəbərləri
30 Oktyabr 17:51
YAP xəbərləri
30 Oktyabr 17:31
YAP xəbərləri
30 Oktyabr 16:32
Sosial
30 Oktyabr 15:26
Sosial
30 Oktyabr 15:08
Xəbər lenti
30 Oktyabr 14:40
Elanlar
30 Oktyabr 14:37
MEDİA
30 Oktyabr 13:57
Sosial
30 Oktyabr 13:55
Dünya
30 Oktyabr 13:38
Gündəm
30 Oktyabr 12:48
Hadisə
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:12
Gündəm
30 Oktyabr 11:55
Siyasət
30 Oktyabr 11:30
Siyasət
30 Oktyabr 11:16
Sosial
30 Oktyabr 10:58
Siyasət
30 Oktyabr 10:30
Analitik
30 Oktyabr 10:16
İqtisadiyyat
30 Oktyabr 09:52
Ədəbiyyat
30 Oktyabr 09:37
Analitik
30 Oktyabr 09:13
Sosial
30 Oktyabr 08:59
MEDİA
30 Oktyabr 08:24
Gündəm
30 Oktyabr 07:49
Sosial
30 Oktyabr 00:16
İqtisadiyyat
29 Oktyabr 23:36
Dünya
29 Oktyabr 23:18
İqtisadiyyat
29 Oktyabr 22:38
Dünya
29 Oktyabr 22:16
İdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Siyasət
29 Oktyabr 21:28
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
Gündəm
29 Oktyabr 20:49
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51

