Qərbin “yeni atlantizm” strategiyasının böhranı
20.10.2015 [10:21]
Məlum olduğu kimi, Sovet İttifaqının və Varşava müqaviləsi əsasında yaranan birliyin süqutundan sonra onlara qarşı fəaliyyət göstərən Şimali Atlantika Alyansı nəinki ləğv olunmadı, əksinə, üzvlərinin sayını artıraraq Şərqə doğru genişlənməyə başladı. Müxtəlif regionlardakı münaqişələrə müdaxilə edən NATO qlobal terrorizmlə mübarizəni özünün əsas hədəflərindən biri elan etdi.
NATO-nun genişlənməsi onun keçmiş rəqibi olan SSRİ-nin varisi sayılan Rusiyanı daim narahat olmağa vadar edir. Proseslərin müəyyən bir məqamında, daha doğrusu, 2000-ci illərin əvvəllərində Vladimir Putinin rəhbərliyi altında Rusiyanın təşkilata daxil olması cəhdləri edilir. Lakin Rusiyanın Alyansa lider ölkələrdən biri kimi qəbul olunmaq istəyi ABŞ tərəfindən bəyənilmir və onun üzvlüyünə aparan müzakirələrin irəliləməsinin qarşısı alınır (bax: Richard Sakwa. The New Atlanticism / “Valdai Papers”, №17, May 2015).
Yeni atlantizm Avropanın təhlükəsizliyi məsələsində özünün təklif etdiyi modeli mütləqləşdirir, digər alternativləri qəbul etmək istəmir, onların Avropanın təhlükəsizlik sisteminə dağıdıcı təsir göstərə biləcəyini düşünür, özünün müstəsnalığını təkcə regionda deyil, bütün dünyada sübuta yetirməyə çalışır.
NATO Əfqanıstanda terrorizmə qarşı mübarizə aparan əsas güc mərkəzinə çevrilir və 20-dən artıq sayda digər ölkələri də beynəlxalq koalisiyaya cəlb edir. 2011-ci ildə Liviyanın bombardmanında NATO və bir sıra müttəfiqləri birgə fəaliyyət göstərirdilər. NATO-nun fəaliyyətini genişləndirməsi onun qlobal miqyasda sülhün, təhlükəsizliyin təminatçısına çevrilmək potensialından xəbər verirdi. Lakin proseslər onu göstərir ki, yeni atlantizm dünyanın təhlükəsizliyi üçün fayda daşımır. O, əvvəlki kimi Şimali Atlantika Alyansına daxil olan məhdud qrupun, bəzən isə sadəcə olaraq, bu qrupun aparıcı üzvü olan ABŞ-ın maraqlarını təmin edən hərbi qurum olaraq qaldı. Bir ölkənin, yaxud ölkələr qrupunun maraqlarının hərbi baxımdan təmin edilməsi isə əksər hallarda digərlərinin mənafelərinin pozulmasına gətirib çıxarır. Belə olan halda, təsadüfi deyil ki, yeni atlantizmi özünə təhlükə hesab edən dövlətlər alternativ siyasi, iqtisadi, hərbi birliklər yaratmaq niyyətinə düşürlər. Bu ittifaqlara, NATO-nun fəaliyyətini özünə birbaşa hədə kimi görməsə də, lakin ondan ciddi fayda görməyən ölkələri də cəlb etməyə çalışırlar.
Bu cəhətdən Rusiyanın faktiki liderliyi ilə yaranan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çox zaman NATO-ya alternativ, hətta rəqib kimi görülür. Bununla belə, indiki halda təşkilatın genişlənməsi, ən azından üzvlərinin sayına görə NATO ilə müqayisə oluna biləcək səviyyəyə gəlməsi perspektivləri azdır. Bunun bir səbəbi ölkələrin NATO ilə əks cəbhədə yer almaq istəməmələridir. Digər tərəfdən, bəzi ölkələr suverenlik, xarici hərbi siyasətdə tam müstəqillik, tərəfsizlik və milli maraqlardan irəli gələn digər səbəblərdən qurumdan kənarda dayanmağa üstünlük verirlər.
NATO-nun və ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın dünyada sülh və təhlükəsizliyin bərqərar edilməsi, terrorizmlə mübarizə kimi məsələlərdə uğur qazanmaması Rusiyanın təşəbbüsçüsü ilə daha geniş və sərbəst koalisiyaya meyil göstərən ölkələrin sayını artıra bilər. Rusiyanın hazırda İran, Suriya və İraqla yaratdığı hərbi əməkdaşlıq belə bir koalisiyanın özəyi rolunu oynaya bilər. Bu həm də onu göstərir ki, dövlətlər onların təhlükəsizliyini hədələyən terrorizmin məğlub edilməsində daha əvvəlki kimi ABŞ-ın liderliyi ilə aparılan fəaliyyətə arxayın olmaq niyyətində deyillər, özləri təşəbbüsü ələ almağa çalışırlar. Məsələn, oktyabrın 16-da MDB Dövlət Başçıları Şurasının Qazaxıstanda keçirilən iclasında imzalanan razılaşmaların şərtlərindən biri kimi, ölkələrinin sərhədlərinin mühafizəsində, zərurət yarandıqda, informasiya mübadiləsi və digər formalarda əməkdaşlıq edilməsi nəzərdə tutulub. Bu, heç də hər hansı ittifaqın yaranması demək olmasa da, ölkələrin ortaq maraqlar əsasında hərbi təhlükəsizliklərini ABŞ-ın, yaxud NATO-nun rəhbərliyi olmadan birgə qorumaq niyyətindən xəbər verir. Buradan belə bir qənaətə gəlmək olar ki, beynəlxalq hərbi əməkdaşlığın səviyyəsini çox zaman NATO, KTMT və ya hər hansı digər hərbi təşkilatın çərçivələri ilə məhdudlaşdırmaq mümkün deyil.
Əfqanıstandakı koalisiyanın nümunəsində göründüyü kimi, ABŞ-ın müraciəti qısa müddətdə onlarla ölkənin könüllü surətdə onun rəhbərliyi altında koalisiyada yer alması üçün kifayət idi. Lakin illər keçdikcə, ABŞ-ın rəhbərliyinin dünyadakı real təhlükələrlə mübarizədə səmərəsizliyi beynəlxalq hərbi əməkdaşlıqda vəziyyəti dəyişə bilər. İndi ABŞ-ın çağırışı ilə çoxlu sayda ölkənin müəyyən təhlükəyə qarşı hərbi güclərini birləşdirməsi əvvəlki qədər asan olmaya bilər. ABŞ-ın son illərdə özünə olan inam və etimadı doğrultmaması onun qlobal hərbi lider mövqeyini itirməsinə gətirib çıxara bilər.
Qlobal səviyyədə vəziyyətin dəyişməkdə olduğunu ABŞ ictimaiyyəti də hiss etməkdədir. Rusiyanın müttəfiqləri ilə Suriyada hərbi əməliyyatlar aparması səbəbindən Obama administrasiyası ABŞ ictimaiyyətinin bir hissəsi tərəfindən passivlikdə, regionda boşluq yaratmaqda günahlandırılır. Bunun əksinə olaraq, analitik Fərid Zəkəriyyə isə hesab edir ki, Vaşinqtonun xarici siyasət elitası yanlışlıqla Rusiyanın fəallığını onun uğur qazanması kimi qiymətləndirir: “Onların fikrincə, dünyadakı istənilən böhran ABŞ-ın güc, xüsusən də hərbi güc tətbiq etməsi ilə həll oluna bilər, yaxud həll olunmalıdır. Bunun baş verməməsi passivlikdir və zəiflik yaradır. Bu məntiqlə, Rusiya və İran Yaxın Şərqin yeni ağalarıdır, baxmayaraq ki, onlar batmaqda olan müttəfiqlərini sahilə çıxarmağa çalışırlar” (bax: Stop swooning over Putin / “The Washington Post”, 15 oktyabr 2015). Müəllifə görə, bütün maneələrə baxmayaraq, Rusiya və İran qalib gələrsə, onlar Suriyaya yiyələnəcəklər, lakin bu onlar üçün mükafat yox, “münaqişə qazanı” olacaq.
ABŞ-ın yerini başqa bir ölkənin, o cümlədən Rusiyanın tutmaqda olduğunu indidən söyləmək də çətindir. Rusiya dünyada ABŞ qədər siyasi nüfuza, onun kimi 300-dən artıq hərbi bazaya malik deyil.
Lakin beynəlxalq təhlükəsizlik sisteminin böhranı, ABŞ-ın rəhbərliyi ilə aparılan kampaniyaların ölkələrin təhlükəsizliyini hədələyən terrorizm amilini aradan qaldıra bilməməsi dünyada hərbi balansın dəyişməsinə təkan verə bilər. ABŞ-ın hərbi liderliyinə skeptik yanaşmanın gücləndiyi indiki şərait Rusiya, Çin kimi çoxqütblü beynəlxalq münasibətlər sistemi tərəfdarlarının öz siyasi, hərbi rollarını artırmasına fürsət yaradır. Bu fürsəti onların əlindən almaq üçün ABŞ ya dünyanı yenidən özünün müstəsnalığına, sabitlik və təhlükəsizliyi bərpa etmək gücünə inandırmalı, ya da qəti həmlə edərək potensial rəqiblərini sıradan çıxarmalıdır. Bir sıra ekspertlərin fikrincə, Rusiyanın Suriyada başladığı təşəbbüs onun özünün regional yox, qlobal güc olduğunu sübut etmək və bunu bütün dünyaya qəbul etdirmək məqsədi daşıyır. ABŞ rəsmilərinin son zamanlar Rusiyanı ironiya ilə “regional güc” adlandırdıqlarını nəzərə aldıqda, indiki vəziyyətdə “top ABŞ-dadır”.
Newtimes.az
Xəbər lenti
Hamısına baxİdman
21 Yanvar 23:51
Dünya
21 Yanvar 23:31
Xəbər lenti
21 Yanvar 23:11
İqtisadiyyat
21 Yanvar 22:41
Gündəm
21 Yanvar 22:35
Dünya
21 Yanvar 22:26
Gündəm
21 Yanvar 22:13
Xəbər lenti
21 Yanvar 21:54
Maraqlı
21 Yanvar 21:19
İqtisadiyyat
21 Yanvar 20:40
Xəbər lenti
21 Yanvar 20:35
Dünya
21 Yanvar 20:16
İqtisadiyyat
21 Yanvar 19:52
Dünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54

