Obamanın son səfəri: Ər-Riyaddan Avropaya qədər olan ziddiyyətlər fonunda
25.05.2016 [10:03]
ABŞ prezidenti Barak Obamanın Səudiyyə Ərəbistanı və Avropa ölkələrinə sonuncu səfəri elə də rezonans doğurmadı. ABŞ rəhbəri sensasiya yarada, yaxud Avropa insanını indiki vəziyyətdən xilas edə biləcək fikir irəli sürməyib. Bu səbəbdən Qərb analitikləri səfərə xeyli dərəcədə sakit yanaşıblar. Ancaq B.Obama Trans-Atlantik ticarət və investisiya zonasının yaradılması və Qərb üçün əsas təhdidlərin müəyyənləşdirilməsi kimi iki vacib məsələni avropalı həmkarları qarşısında qaldırıb. O, Avropanın vahid olmasını güclənməsi faktoru kimi təqdim edib, bu kontekstdə Rusiyanı əsas təhlükə mənbələrindən biri kimi gördüyünü deyib. Səudiyyə Ərəbistanı ilə isə ciddi məsələlərdə razılıq əldə olunmayıb. Görünür, bu ərəb ölkəsi öz xarici siyasətinə ciddi dəyişikliklər etməkdə qərarlıdır. Bu da bütövlükdə dünyada yeni geosiyasi mənzərənin yaranmasına səbəb ola bilər. B.Obama bu səfəri ilə nəinki mühüm geosiyasi sualları cavablandırmağa imkan yaratdı, həm də bir sıra qeyri-müəyyən məqamların mövcudluğunu da üzə çıxardı.
“Va-bank”! Ər-Riyadın seçimi
Çox güman ki, Səudiyyə Ərəbistanında və Avropada Barak Obamanı səbirsizliklə gözləyirdilər. ABŞ prezidentinin səfəri öncəsi və sonrası ifadə edilən ekspert fikirlərinin müxtəlifliyi bunu təsdiq edir. Birbaşa deyilməsə də avropalılar da, ərəblər də, 2008-ci ildə olduğu kimi, Amerikanın dövlət başçısına xilaskar kimi baxırlar. Lakin Obama onları kədərləndirdi. Çünki bu dəfə o, özünü xilaskar deyil, mövcud reallığı nəzərə alan siyasətçi kimi apardı.
Məsələ burasındadır ki, B.Obama Ər-Riyadda, Londonda və Berlində tərəfdaşlarına anlatmağa çalışıb ki, dünya siyasətində vəziyyət dəyişib. Meydana elə faktorlar çıxıb ki, artıq bir dövlətin, hətta ABŞ-ın belə hər bir prosesə cavabdehlik daşıya bilmək imkanı yoxdur.
Deməli, Amerika Səudiyyə Ərəbistanının və Avropanın nə daxili problemlərini, nə də qlobal siyasətdə qarşılaşdıqları çətinlikləri “Ələddinin sehrli çubuğu” ilə həll edə bilməyəcək (bax: Pёtr İskenderov. SŞA vs Saudovskaə Araviə: novıy qeopolitiçeskiy front / “Mejdunarodnaə jiznğ”, 25 aprel 2016 və Boris Tarabrin. Valğs “xromoy utki” Baraka Obamı i “staruşki Evropı” / “Mejdunarodnaə jiznğ”, 26 aprel 2016).
Ancaq ABŞ prezidentini Ər-Riyadda soyuq qarşılayıblar. Onu hava limanında yüksək vəzifələri olmayan rəsmilər gözləyirmişlər. Təyyarədən gülə-gülə çıxan Obamanın bir anda mimikası dəyişib. Məsələ bununla yekunlaşmayıb. Səudiyyə Ərəbistanının kralı Salmanla aparılan danışıqlarda əvvəlki istilik və mövqelərin tam üst-üstə düşməsi müşahidə edilməyib. Amerikan telekanalı CNN vurğulayıb ki, “... Kral Salman və Obamanın bir sıra mühüm məsələlərdə fikir ayrılıqları mövcuddur” (bax: Vizit Obamı v Saudovskuö Araviö ne uluçşil otnoşeniə dvux stran / “TV Üentr-Moskva”, 21 aprel 2016).
Bunlar əsasən regional təhlükəsizlik, 11 sentyabr 2001-ci il terror hadisəsi haqqında ABŞ hüquq-mühafizə orqanlarının üzə çıxardığı yeni faktlar, İran və enerji məsələləri ilə bağlıdır. Ər-Riyadı daha çox terrorla əlaqəli yeni faktlar və İranla ABŞ-ın əməkdaşlıq perspektivi qıcıqlandırır. Hətta Səudiyyə rəhbərliyi bəyan edib ki, əgər 11 sentyabr hadisəsində ölkə iqtidarını ittiham edən faktlar dövriyyəyə buraxılsa, onda onlar Amerikadakı 750 milyard dollar həcmində aktivlərini çıxaracaqlar (bax: SMİ: Saudovskie vlasti priqrozili Obame rasprodatğ svoi aktivı v SŞA / “RİA Novosti”, 16 aprel 2016).
Təbii ki, Vaşinqton Ər-Riyadla münasibətlərin bu istiqamətdə davam etməsini istəmir. Obama administrasiyası hətta bildirib ki, Konqresdən 11 sentyabrla bağlı qanun layihəsi gəlsə, onu donduracaq. Ancaq amerikalı konqresmenlər çox israrlıdırlar. Onlar həqiqətin üzə çıxmasını tələb edirlər.
İki ölkə arasındakı münasibətlərin soyumasında İran məsələsinin də rolu az deyil. Səudiyyə Ərəbistanı ehtiyat edir ki, Amerikada neft və qazın yeni mənbələrinin tapılması və Tehrana qarşı sanksiyaların ləğv edilməsindən sonra Vaşinqton regiondakı strategiyasını dəyişə bilər. Bunun fonunda rəsmi Tehran 4 ərəb ölkəsinin paytaxtını “işğal etdiyini” qürurla dilə gətirir (bax: Axmed Alğ-Djamia. Mı ne otverqaem SŞA, no bolee ne budem naivnı! (“Al Riyadh”) / “İnoSMİ.ru”, 25 aprel 2016).
Bunlar onu təsdiq edir ki, Obamanın Səudiyyə Ərəbistanına səfəri iki ölkə arasındakı münasibətlərin əvvəlki səviyyəyə qayıtmasına təkan verməyib. Bir sıra vacib məsələlərdə Ər-Riyadla Vaşinqton arasında fikir ayrılığı qalmaqdadır. KİV-də yayılan informasiyaların əksinə olaraq, onların sırasında Qərbin müsəlman ölkələrinə qarşı qeyri-müəyyən davranışlardan əl çəkməməsi xüsusi yer tutur. Səudiyyə Ərəbistanı da sual edir ki, nəyə görə belə olmalıdır, hansı səbəblərdən ərəblərin normal yaşamasına imkan verilməməlidir?
Körpüləri yandırmayın: Obamanın Avropaya tövsiyəsi
Bu kontekstdə “Ərəb baharı”nın bir uğursuz oyun olduğu indi tam aydınlaşıb. Ər-Riyad da xarici siyasətini bu məqamları nəzərə alaraq qurmağa çalışır. Bu səbəbdən onun regionda yeni geosiyasi konfiqurasiya yaratmaq istiqamətində atdığı addımları təsadüfi deyil (bax: Nikolay Surkov. Gr-Riəd sozdaet antiiranskiy front stoykosti i protivodeystviə / RSMD, 25 aprel 2016). Belə çıxır ki, B.Obama prezidentliyinin son aylarında isti ərəb ölkəsində aldığı soyuq duşu uzun zaman unutmayacaq. Əslində, bir sıra Qərb ekspertləri Amerika prezidenti üçün Avropada da vəziyyətin yaxşı olmadığını qeyd edirlər.
Böyük Britaniyada ABŞ prezidentini lazımi səviyyədə qarşılayıblar. Ancaq B.Obamanın britaniyalılara Avropa İttifaqından çıxmamağı tövsiyə etməsi ingilis siyasətçilərin xoşuna gəlməyib. Onlar “Ağ Evin qara prezidenti”nin Böyük Britaniyanın dövlət maraqlarını nəzərə almadan danışdığını ifadə edirlər. Nəticədə, ekspertlərin rəyinə görə, Amerika rəhbəri “həm özündən çoxlu sayda britaniyalını döndərib, həm də ciddi siyasi diskussiyalara təkan verib” (bax: Evqeniy Medvedev. Tumannıe evroperspektivı Tumannoqo Alğbiona / “Nezavisimaə qazeta”, 25 aprel 2016).
Buna baxmayaraq, B.Obamanın Almaniya kansleri Angela Merkel ilə danışıqları yaxşı keçib. Hər iki lider əksər məsələlər üzrə fikir birliyi nümayiş etdiriblər. ABŞ prezidenti Merkelin liderlik keyfiyyətini yüksək qiymətləndirib və hətta özünün “rəfiqi” adlandırıb. Onlar Trans-Atlantik Ticarət və İnvestisiya Tərəfdaşlığı (TTİT) çərçivəsində azad ticarət və sərmayə zonasının yaradılması, miqrasiya proseslərinin tənzimlənməsi, beynəlxalq təhlükəsizlik sisteminin yaradılması, terrorla mübarizə, əsas təhdid faktorlarının müəyyənləşdirilməsi kimi aktual problemlərin həllində birgə çalışmaq haqqında razılığa gəliblər.
Bundan başqa, A.Merkel Almaniya üçün tarixi əhəmiyyətli Hannover texnologiya və sənaye investisiyaları yarmarkasına İtaliyanın baş nazirini, Fransa prezidentini və Böyük Britaniyanın hökumət rəhbərini dəvət edib. Nəticədə, bu alman şəhərində ekspertlərin mini-NATO sammiti adlandırdıqları müzakirələr baş tutub. ABŞ, Almaniya, Fransa, Böyük Britaniya və İtaliya liderləri Qərb üçün əsas təhlükənin İŞİD və Rusiya olduğu haqqında ortaq qərara gəliblər (bax: Evqeniy Qriqorğev. Na mini-sammite NATO obsudili bolğşuö rossiyskuö uqrozu / “Nezavisimaə qazeta”, 27 aprel 2016).
Bunlarla yanaşı, analitiklər B.Obamanın Avropaya səfərində əsas hədəfin TTİT-in yaradılması olduğuna diqqət çəkirlər. Doğrudan da, ABŞ prezidenti avropalı həmkarları ilə müzakirələrində bu layihənin hər iki tərəf üçün strateji əhəmiyyət daşıdığını dönə-dönə bildirib. O, xüsusilə rəsmi Londona anladıb ki, Aİ-dən çıxmaqla böyük bir şansı əldən vermiş olur. B.Obama, obrazlı ifadə edərək, “əgər İngiltərə Avropa İttifaqını tərk etsə, Vaşinqtonda iqtisadi əməkdaşlıq üçün növbə tutan ölkələr arasında yer alacaq”, - deyə vurğulayıb (bax: Evqeniy Medvedev. Tumannıe evroperspektivı Tumannoqo Alğbiona / “Nezavisimaə qazeta”, 25 aprel 2016).
Amerika ilə Avropa vahid ticari-iqtisadi və sərmayə zonası yaratsa, sözün həqiqi mənasında, dünyanın ən böyük gücünə çevrilmiş olacaqlar. Bu səbəbdəndir ki, bir sıra ölkələr indidən çıxış yolu axtarırlar. Məsələn, Türkiyə kənarda qalacağı halda milyardlarla dollar həcmində gəlirdən məhrum olacağından ehtiyatlanır. TTİT Çinə qarşı durmaq məsələsində də ABŞ-a əlavə güc verə bilər. Eyni zamanda, bu, Qərbin müsəlman ölkələri istiqamətində yeritdiyi siyasətdə yeni manevr imkanları da yaradar.
Yuxarıda vurğulanan məqamlar göstərir ki, ABŞ prezidenti B.Obamanın Səudiyyə Ərəbistanı və Avropaya səfəri bir sıra ziddiyyətli geosiyasi, iqtisadi və təhlükəsizlik məqamları ilə müşayiət olunsa da, maraqlı aspektlərlə də xarakterizə olunub. Bu sırada TTİT-in yaradılması və qlobal təhlükə amillərinin müəyyənləşdirilməsi kimi iki faktor diqqəti çəkir. Görünür, Amerikanın növbəti prezidenti üçün də bu məsələlər aktual olacaq.
Newtimes.az
Xəbər lenti
Hamısına baxDünya
30 Oktyabr 19:32
YAP xəbərləri
30 Oktyabr 19:13
Dünya
30 Oktyabr 17:54
Siyasət
30 Oktyabr 17:53
YAP xəbərləri
30 Oktyabr 17:51
YAP xəbərləri
30 Oktyabr 17:51
YAP xəbərləri
30 Oktyabr 17:31
YAP xəbərləri
30 Oktyabr 16:32
Sosial
30 Oktyabr 15:26
Sosial
30 Oktyabr 15:08
Xəbər lenti
30 Oktyabr 14:40
Elanlar
30 Oktyabr 14:37
MEDİA
30 Oktyabr 13:57
Sosial
30 Oktyabr 13:55
Dünya
30 Oktyabr 13:38
Gündəm
30 Oktyabr 12:48
Hadisə
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:14
İqtisadiyyat
30 Oktyabr 12:12
Gündəm
30 Oktyabr 11:55
Siyasət
30 Oktyabr 11:30
Siyasət
30 Oktyabr 11:16
Sosial
30 Oktyabr 10:58
Siyasət
30 Oktyabr 10:30
Analitik
30 Oktyabr 10:16
İqtisadiyyat
30 Oktyabr 09:52
Ədəbiyyat
30 Oktyabr 09:37
Analitik
30 Oktyabr 09:13
Sosial
30 Oktyabr 08:59
MEDİA
30 Oktyabr 08:24
Gündəm
30 Oktyabr 07:49
Sosial
30 Oktyabr 00:16
İqtisadiyyat
29 Oktyabr 23:36
Dünya
29 Oktyabr 23:18
İqtisadiyyat
29 Oktyabr 22:38
Dünya
29 Oktyabr 22:16
İdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Siyasət
29 Oktyabr 21:28
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
Gündəm
29 Oktyabr 20:49
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53

