Ermənistanda elan olunmamış fövqəladə vəziyyət davam edir
20.07.2016 [09:38]
Sarkisyan rejiminin ölkədə kriminal üsul-idarə tətbiq etməsi, həmçinin, işğalçılıq siyasətini davam etdirməsi Ermənistanda silahlı qarşıdurmanı və vətəndaş müharibəsini qaçılmaz edib
İqtisadiyyatı çökmüş, əhalisinin böyük əksəriyyətinin aclıq və səfalət içində yaşadığı Ermənistanda vəziyyət gündən-günə daha da pisləşir. Hakimiyyəti zəbt etmiş Serj Sarkisyanın ölkədə kriminal üsul-idarə tətbiq etməsi, korrupsiya və rüşvətxorluğun baş alıb getməsi, gizli iqtisadiyyatın xüsusi çəkisinin ilbəil artması və bunun nəticəsi olaraq dövlət büdcəsinin doldurulmaması özünü sadə ermənilərin güzəranında büruzə verməkdədir. İstehsal müəssisələrinin ard-arda fəaliyyətini dayandırması isə işğalçı ölkədə işsizlik ordusunun sürətlə artmasını şərtləndirib.
Bu və digər amillər Ermənistanda onsuzda sabit olmayan ictimai-siyasi vəziyəti bir qədər də gərginləşdirir. Artıq işğalçı ölkədə kriminal vəziyyət daha da dərinləşir. Artıq bir neçə gündür ki, Ermənistanda elan olunmamış fövqəladə vəziyyət davam edir. Buna səbəb isə iyulun 17-də bir qrup silahlı şəxsin Erebuni polis bölməsinin binasına silahlı basqın etməsidir. Məlumatlara görə, insident zamanı polk rəisinin müavini Artur Vanoyan öldürülüb, polkovnik Aram Ovannisyan, podpolkovnik Qraç Xosteqyan, baş leytenant Qagik Mkrtçyan güllə yarası, bir neçə polis isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Silahlılar 6 polis əməkdaşını girov götürüb. Onların arasında polis general-mayoru Vartan Eqiazaryan da var. Silahlı qrupun tələbi keçmiş səhra komandiri, radikal müxalifətçi Jirayr Sefilyanın azad edilməsidir.
Yeri gəlmişkən Ermənistanın müxalif İrs Partiyası ölkə polisinin patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasının zəbt edilməsi ilə bağlı hadisədə Ermənistan hakimiyyətinin günahkar olduğunu bəyan edib. İrs Partiyası vəziyyətin kökündən dəyişməsi üçün Ermənistanda növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsinə çağırıb. Bəyanatda vurğulanır ki, Ermənistan hakimiyyəti ölkənin qarşısında duran problemləri seçki prosesi və qanun çərçivəsində yox, həmişə qanunsuz və güc tətbiqi yolu ilə həll etməyə çalışır. Bu da ölkədə ciddi narazılıqlara səbəb olub.
Öz növbəsində, xüsusi təyinatlı polis bölmələri və hüquq mühafizə orqanları döyüş vəziyyətinə gətirilib. Bunu Ermənistan polis rəisinin müavini Unan Poqosyan bildirib. Onun sözlərinə görə, insident zamanı yaralananlar xəstəxanalara yerləşdirilib. Onların vəziyyəti ağır dəyərləndirilir. Hadisə yerində öldürülmüş polis polkovniki Artur Vanoyanın meyiti də artıq ərazidən çıxarılıb. Silahlı qiyam başladıqlarını elan edən qrupun üzvlərindən Tatul Tamrazyan da yaralanıb və xəstəxanaya yerləşdirilib. Baş verən qiyamla bağlı Ermənistanda kütləvi həbslər başlanıb. Məlumatlara görə, 200 nəfər saxlanılıb, onların arasında qadınlar da var. Daxili Qoşunların binasını ələ keçirənlərlə danışıqlar aparan polis heç bir nəticə əldə edə bilmir. Silahlı qrupun liderlərindən biri, erməni fəal Pavel Manukyan ölkədəki özbaşınalıqlara son qoyulmayanadək təslim olmayacaqlarını bildirib. “Yeni Ermənistan” hərəkatının üzvləri Karo Yexnkyan və Syuzan Simonyan da vətəndaşları küçələrə səsləyiblər. Polis fəallara qoşulan jurnalist Artur Ayrapetyanı döyüb.
İyulun 18-də isə keçirilən yürüşün rəhbərlərindən Karo, Elmon və Simon Yexnukyanlar tutulublar. Buna baxmayaraq, mitinq davam edib. Mərkəzi meydana toplaşmağa cəhd göstərən “Ayağa qalx, Ermənistan” təşkilatının üzvləri prezident Serj Sarkisyanın istefasını tələb ediblər. Bir qrup etirazçı isə Ermənistan polisinin patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasına yürüş etmək istəyib. Bu zaman polislə qarşıdurma yaranıb. Nümayişçilər arasında xəsarət alanlar var. Üsyançılar tərəfindən zəbt edilmiş polis idarəsinin ərazisinə jurnalistlər belə buraxılmır. Silahlı qrupun üzvlərindən Pavlik Manukyan media nümayəndələri ilə əlaqə saxlayaraq bildirib ki, onların yemək problemi var. Üsyançılar 1 sutkadan artıqdır heç nə yemirlər. Buna baxmayaraq, mübarizəni sonadək davam etdirəcəklərini bildiriblər. Məsələyə münasibət bildirən erməni ekspertlər hesab edirlər ki, insanlar silahlanıb siyasi məsələləri həll etməyə çalışırsa, demək, vəziyyət ciddi və təhlükəlidir. Polis patrul alayının binasında hələ də girovlar var. Binanı ələ keçirənlər isə tələblərini dəyişmirlər. Ermənistan mediası silahlı qrupun polis binasını tutduğu vaxtdan indiyə qədər ölkədə hakimiyyət əleyhinə çıxan yüzlərlə insanın həbs olunduğunu yazır. Polis zorakılığının ikinci etiraz dalğasını gətirəcəyi də gözlənilir.
Ümumiyyətlə, qeyd etdiyimiz kimi, Ermənistandakı belə bir acınacaqlı durumun əsas səbəbkarı rejimin başçısı Serj Sarkisyandır. Onun bu ölkədə yaratdığı vəziyyət əhalinin ağır durumunu şərtləndirir. Xüsusi olaraq qeyd edilməlidir ki, Ermənistanın işğalçılıq siyasəti bu ölkəni fəlakətə sürükləyən əsas səbəblərdən biridir. Eyni zamanda, hazırda Ermənistan cəmiyyətində hökm sürən gərginliyin ciddi səbəblərindən biri aprelin əvvəlində cəbhə xəttində erməni hərbi birləşmələrinin təxribatlarına Azərbaycan Ordusunun layiqincə cavab verməsidir. Yəni, işğalçı qüvvələrə sarsıdıcı zərbələrin vurulması Ermənistan cəmiyyətində böyük çaşqınlıq yaradıb və bu da Sarkisyan hakimiyyətinə inamsızlığı daha da gücləndirib. Ona görə də paytaxt İrəvanda və Ermənistanın başqa bölgələrində Sarkisyanın istefası tələbi artır. Ermənistan cəmiyyətində anlayırlar ki, işğalçılıq siyasəti heç bir xeyir verməyəcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07

